• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya III Dünya müharibəsinə DOĞRU: analitik dəhşətli FAKTLARI AÇIQLADI

Dünya III Dünya müharibəsinə DOĞRU: analitik dəhşətli FAKTLARI AÇIQLADI
12.03.2019 19:34
Mərkəzi Asiyada Çinin iqtisadi inkişafı, Hindistan-Pakistan münaqişəsinin aktivləşməsi və hətta Şimali Koreyanın beynəlxalq mövqelərinin möhkəmlənməsi mümkün görünən III Dünya müharibəsinin siqnalıdır.

Publika.az xəbər verir ki, bu haqda siyasi analitik Andrey Buzarov "Apostrof” nəşrinə söyləyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın beynəlxalq siyasəti Amerika-Çin qarşıdurmasını gücləndirib və bu, öz növbəsində, Rusiyayla Çini ümumi düşmənə qarşı yaxınlaşdırır.

"Bu gün geosiyasi nöqteyi-nəzərindən Rusiya və Çin müttəfiqlər və partnyorlardır, bəlkə onlar haqqında "ittifaq” sözü tamamilə yerinə düşmür, amma onlar çox sıx, xüsusilə müdafiə və hərbi siyasi məsələləri üzrə sıx əməkdaşlıq edirlər. Bu, hər şeydən əvvəl ABŞ-ın Çin və Rusiya ilə bağlı hərəkətləriylə izah olunur. Əslində Çin və Rusiya bir çox aspektlər üzrə rəqiblərdir. Bu gün Çin yalnız cənub-şərqi Asiyada əsas iqtisadi oyunçu deyil, bu ölkə iqtisadiyyatda ABŞ-ın əsas rəqibidir. Çin Pakistan, Özbəkistan, Tacikistan və Qazaxıstanla sıx əməkdaşlıq edir. Bu ölkələrdən bəziləri bu postsovet məkanıdır, amma bu gün Rusiya iqtisadi olaraq əvvəlki kimi güclü deyil. Buna görə də Qazaxıstan, Özbəkistan və Tacikistan kimi ölkələr Rusiyanın iqtisadi təsir sahəsindən yavaş-yavaş çıxırlar. Rusiyada iqtisadi olaraq, Çinə cavab verməyə resurs yoxdur.

ABŞ-Şimali Koreya danışıqlarına gəlincə, analitik hesab edir ki, bu, yalnız Çinin razılığı sayəsində mümkün oldu:
"Çinin razılığı olmadan heç vaxt belə danışıqlar olmazdı. Regionu azca tanıyan hamı anlayır ki, Çin heç vaxt Şimali Koreyanı atmayacaq, onlarda rəsmi müdafiə ittifaqı 1960-cı illərdə imzalanıb və hər 15-20 ildən daim uzadılır”.

Andrey Buzarov qeyd edir ki, Hindistan və Pakistan planetdə başqa bir qaynar nöqtədir. Onun sözlərinə görə, yenilənmiş münaqişə dünyanın parçalandığını növbəti dəfə əyani nümayiş etdirdi və ABŞ Pakistanı, Rusiya isə Hindistanı dəstəklədi.

"Bütovlükdə dünya bir neçə il əvvəl qarşıdurma nöqtəsinə gəlib və nüvə qarşıdurması ehtimalı daha yüksəkdir. Amma bu, Pakistan-Hindistan münaqişəsiylə bağlı deyil. Bu, son beş il ərzində dünyada yaranmış ümumi geosiyasi vəziyyətlə bağlıdır: Ukrayna-Rusiya münaqişəsi, Suriyada vətəndaş müharibəsi və Şimali Koreya ilə bağlı vəziyyət. Bu gün qarşıdurma ehtimalı yüksəkdir, biz qlobal münaqişənin astanasında dururuq. Əgər biz birinci və ikinci dünya müharibələri öncəsi vəziyyəti yada salsaq, onda bir çox tendensiyaları görəcəyik ki, biz Üçüncü dünya müharibəsinə yavaş-yavaş hərəkət edirik. Birincisi, bu beynəlxalq təşkilatlarının diskreditasiyasıdır: keçmişdə Millətlər Liqası duşmənçilik edən tərəfləri barışdıra bilmədi, indi BMT hərəkətsiz dayanır. İkincisi, biz bir çox münaqişə görürük: İkinci dünya müharibəsinin ərəfəsində fin kampaniyası, Afrikada ərazilərin zəbt edilməsi var idi və bu gün biz Ukraynanın şərqində və Suriyada baş verənləri görürük. Və biz ən qorxuncu görürük: bu, dünyanın iki bloka bölünməsidir. Bir tərəfdə NATO və onun müttəfiqləri, digər tərəfdə Rusiya və Çin, həmçinin onların müttəfiqləri İran, Şimali Koreya və Suriyanı görürük. Yəni, biz sınıq xəttini aydın görürük. Müharibə harada başlana bilər, bu artıq başqa sualdır. Amma tendensiya artıq görünür”, - analitik qeyd edib.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol