• $
  • €
  • ₽
  • ₺
  • £

Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi

Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi
20.03.2019 18:08
Şimali Koreya rejimi rus rejissor Vitali Manskiyə ölkə haqda sənədli film çəkməyi təklif edəndə tamam başqa kino lenti gözləyirdilər. Manski qapalı dövlətdə insanların necə xoşbəxt yaşamasını göstərməliydi. Əlbəttə, rejissor "Günəş şüaları altında” filmini çəkdi. Amma Manskinin ekran əsəri daha çox həqiqətlər haqda danışır, nəinki Şimali Koreya rəhbərliyinin dünyaya təqdim etmək istədiyi saxta mənzərə barədə.
"Günəş şüaları altında” filminin baş qəhrəmanı Zin Minin 8 yaşı var. Valideynləri ilə xoşbəxt həyat sürür. Şimali Koreya hökumətinin ssenarisi belə idi. Əslində, həqiqət başqa cür görünür. Manski deyir ki, yaradıcı heyət üçün əsl tamaşa düzəltmişdilər: "Pxenyan sakinləri eksponatdan başqa bir şey deyildi”.
 
 
© 태양 아래 / Deckert Distribution
Rejissor həqiqəti öyrənə bilib. Zin Minin valideynləri kimi təqdim olunan adamlar heç də onun anası və atası deyil. Onlar ər-arvad rolu oynayırlar. Hər ikisi fabrikdə işləyir. Mühəndis "ata”nı jurnalist, "ana”nı isə yeməkxana işçisindən fabrik əməkdaşına çevirirlər.
Manski deyir: "Mən Şimali Koreyaya gedəndə bu ölkə haqda aydın təsəvvürümün olduğunu düşünürdüm. Sadəcə, bunu ekrana ötürmək lazım idi. Amma indi qətiyyətlə bəyan edə bilərəm ki, oradakı həyat mexanizmini hec çür anlamadım”.
Manski Şimali Koreyada gerçək mənzərəni çəkməyi bacarıb. Təxminən 26 dəqiqəlik lenti qapalı rejimin nəzarətindən çıxarıb Rusiyaya gətirmək mümkün olub. Operator bunun üçün hər gün saatlarla tualetdə vaxt keçirimiş. O, qarınağrısından şikayət edərək, orada gün ərzində çəkdikləri gizli materialları xüsusi kartın yaddaşına köçürürmüş. Əlbəttə, ələ keçsəydilər, nəticə faciəvi olacaqdı.
 
 
© 태양 아래 / Deckert Distribution
Rejissoru daha çox o təəccübləndirib ki, Şimali Koreyada insanlar özünü bədbəxt hiss etmir: "Hər şeydən əvvəl düşünürdüm ki, onlar qorxu altında yaşayır, amma həqiqəti anlayırlar. Müşahidələrim isə başqa şeyi deyir. Onlar nəinki anlamırlar, heç bu haqda düşünmürlər də. Mən bir pələng təlimçisi ilə söhbət etmişdim. O danışırdı: pələng balasına doğulandan elə tərbiyə verirlər ki, pələng olduğunu heç vaxt dərk etmir”.
Manski deyir ki, koreyalılar qorxu hissinin nə olduğunu bilmir: "Onların kənarda başqa həyat olduğundan xəbəri yoxdur”.
Manskinin müsahibələrində Şimali Koreya haqda dediyi maraqlı informasiyalar:
Rejissor çəkdiyi ailədən başqa küçədə uşaqları ilə gəzən ana-ata görməyib.
Bəzi fabrik, zavod işçiləri elə işlədikləri yerdəcə daxmalarda yaşayırlar. Uşaqlar isə məktəbdə gecələyir.
Şimali Koreyada kişilər 10 il hərbi xidmətdə olur. Bu müddətdə ailəsi ilə yalnız ictimai yerdə görüşə bilir.
Ölkənin vəfat etmiş liderlərinin məzarının üstünə yalnız süni güllər gətirirlər. Gül çox olanda bunları xüsusi maşınlar toplayır və dükanlara qaytarırlar.
Əcnəbilərə Şimali Koreya metrosundan istifadə qadağandır. Rejissora yalnız iki stansiya getməyə icazə veriblər. O, təkcə həmin iki stansiyanı geri qayıda bilərdi. Rejissor bunun işinə mane olacağını, lentin ardında vaqondakı adamlara ehtiyac duyduğunu bildirib. Bu zaman yaradıcı heyəti müşayiət edən adamın bir əmri ilə insanlar geri qayıdan vaqonlarda, elə oturduqları yerlərdə əyləşiblər. Manski həmin hadisənin şokundan hələ də çıxmadığını deyir.
Yerli telekanallar xəbərlər və reklamlar vermir. Xəbərlər adı ilə yayımlanan verilişdə isə yalnız ölkə rəhbərliyini tərifləyirlər.
Ölkədə üç qəzet var. Birinci səhifədə həmişə Şimali Koreya liderinin böyük fotosu olur. Başqa səhifələrdə də onun fotosu var, sadəcə, bir az kiçik. Yalnız son səhifədə kiçik şriftlərlə dünyada baş verən təbii fəlakətlər və ya etiraz aksiyaları haqda danışılır.
Şimali Koreya filmlərində heç vaxt öpüşmürlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol