• $
  • €
  • ₽
  • ₺
  • £

Tarixin ən dəhşətli müalicə üsulu: Başını deşir, içindəki daşı...

Tarixin ən dəhşətli müalicə üsulu: Başını deşir, içindəki daşı...
26.03.2019 09:14
Müasir dövrdə texnologiya inanılmaz sürətlə inkişaf edir. Əsas da tibb sahəsində. Bir neçə əsr əvvələ qayıdanda hardan hara gəldiyimizi görüb heyrətə düşməmək olmur. Zamanla xəstəliklərin növü də dəyişir, onların müalicə metodları da.

Bu dəfə sizə orta əsrlərdə tətbiq edilən çox fərqli bir müalicə metodundan bəhs edəcək:

Tamamilə gerçək olan bu müalicə üsulu ilə tanış olanda, istər-istəməz o dövrdə doğulmadığın üçün sevinirsən.
Orta əsrlərdə qəribə bir inanc vamış. Bu inanca görə, insanların ağlını itirməsinin səbəbi başlarının içində əmələ gələn "Stone of Madness" (Dəlilik daşı) adlı daş olub. İnsanlar inanıblar ki, ağlını itirənlərin normal həyatlarına və sağlamlıqlarına qovuşmaları üçün bu daş beyindən çıxarılmalıdır.
Bəhs edilən inanc 15-ci yüzillikdə olduğu üçün xəstəliyin müalicə metodu da xəstəlik qədər qəribə və primitiv olub. Bu metod ən qədim ruhu müalicə forması olan, "trepanning" və ya "trepanation" adlanan, kəllə sümüyünün kəsilməsini tələb edən üsulun bir növüdür. "Trepanation" baş ağrıları və epilepsiya üçün də tətbiq edilən metod olub. Və bu müalicə üsuluna görə, insanın kəllə sümüyü silindir formasında olan bıçaqla deşilib.

İnanca görə, belə metoddan istifadə insanın ruhunu cin və şeytan kimi şər qüvvələrdən uzaq tutub. Bu səbəbdən "Dəlilik daşı" xəstəliyində də eyni metoddan istifadə edilib.

Ağrıkəsici, keyidici vasitələrin indiki gücdə olmadığı bir dövrdə tətbiq edilən bu metodu düşünmək belə insanı dəhşətə salır. Bu üsul zaman keçdikcə incəsənət sahəsinə də təsir edib. Bir çox rəsm əsərlərində, hekayələrdə əsas mövzuya çevrilib.
Aşağıdakı hekayə rəssam Hieronym Boş tərəfindən kətana köçürülüb.

Əlavə olaraq, 2002-ci ildə Kann Film Festivalında "ən yaxşı qısa film" seçilən "Stone of Folly" (Folli daşı) adlı 6 dəqiqəlik əsərin də ideyası məhz bu hekayədən götürülüb. (publika.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol