• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident və ailəsi xaricə başqa adlarla gedirmiş, günü 46 min dollara oteldə qalırmış

Prezident və ailəsi xaricə başqa adlarla gedirmiş, günü 46 min dollara oteldə qalırmış
12.04.2019 21:54
Ukrayna prezidenti Pyotr Poroşenko və ailə üzvlərinin xarici ölkələrə şəxsi səfərləri zamanı, o cümlədən istirahətə gedərkən gizli pasportlarından istifadə etdikləri iddia olunur.
Bu barədə Ukraynanın "Strana” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Poroşenko ailəsinin aşağıdakı adlarla pasportları var: Vera Lazarieva, Ivan Dekhteriev, Evheniia Safonova, Oleksandr Syshchykov, Kateryna Boieva, Vitalii Kokorin, Olena Senchenko və Olha Herasymenko.
 
 
Pyotr Poroşenko
 
Bizimyol.info xəbər verir ki, bu sənədlərin prezidentin ailə üzvlərinin gizliliyinin qorunması məqsədilə Ukraynanın xüsusi xidmət orqanları tərəfindən hazırlandığı iddia olunur.
"Prezident Poroşenko son iki ildə üç dəfə Maldiv adalarında və İspaniyada olub, Norveç və Fransaya gedib. Bunların hamısı şəxsi səfərlər olub.
2018-ci ilin yanvarında Pyotr Poroşenko məzuniyyətini ailəsi ilə Maldiv adalarında keçirib. 8 böyük adamın və 2 uşağın məzuniyyət dövründə təkcə bir neçə ölkəyə uçuşlarına 188 min dollar pul xərclənib. Günü azı 46 min dollar olan oteldə qalıblar. Prezidentin ailəsi təkcə Maldiv adalarında 6 gecə qalıb. Poroşenko oteldə "Incognito Petro Ukraine” adıyla qeydiyyatdan keçib”,- "Strana”nın yaydığı məqalədə belə yazılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol