• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur şirkətlərin reklamına çəkilən azərbaycanlı - FOTO

Məşhur şirkətlərin reklamına çəkilən azərbaycanlı - FOTO
01.05.2019 13:50
Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərində dünyaya gəlib. O vaxt atası hərbçi olduğu üçün ailəsi ilə birlikdə həmin şəhərdə məskunlaşmışdıar. Beş yaşında olarkən Bakıya köçüblər. 

2006-cı ildə 2 nömrəli orta məktəbin 11-ci sinfində oxuyarkən xüsusi təhsil proqramı ilə ABŞ-a gəlib. İki il Missuri ştatının Sent Lüis şəhərindəki məktəblərdən birində tam orta təhsil alıb. 2008-2013-cü illərdə Sent Lüis Lindenvud Universitetində təhsilini artıraraq, biznesin idarə olunması və siyasi elmlər ixtisasına yiyələnib. 

Sonra bir müddət Kaliforniya ştatının Los Ancles şəhərində yaşayıb. Orada olarkən altı ay "Candy Ranch" televiziya serialında aktyor kimi rola çəkilib. Bundan əlavə "The Blacklist" TV şousunda iştirak edib. 2010-cu ildə Sent Lüis beynəlxalq musiqi festivalına qatılaraq, bu tədbirdə ilk azərbaycanlı olaraq birinci yeri qazanıb. 2013-cü ildə Florida ştatının Mayami şəhərinə gedib. Orada "Zamira Equities" şirkətini yaradıb. Şirkət köhnə evləri alıb, təmiri və satışı ilə məşğul olur. 2018-ci ilin iyun ayında "CESD" şirkətinin dəvəti ilə Nyu York şəhərinə köçüb…

…Ömür-gün yoldaşı Jo Skattolon italyandır. Braziliyada doğulub boya-başa çatıb. "Economist" siyasi jurnalında marketinq üzrə menecerdir. Yeri gəlmişkən, Jonun həmin jurnalda Azərbaycan haqqında bir neçə yazısı işıq üzü görüb…

Zamira xanım Nyu Yorka gələndən sonra "LG", "Samsung", "Converse" kimi məşhur şirkətlərin məhsullarının reklam çarxlarına çəkilir. Eyni zamanda yaratdığı "Zamira Equities" şirkətinə rəhbərlik edir. Böyük tennis oynamağı xoşlayır. Səhnə bacarıqlarını təkmilləşdirməyə çalışır. İstəyir ki, bir aktyor kimi "Hollywood" filmlərində rol alsın, daha çox televiziya şoularında çıxış etsin. Tezliklə Texas ştatına köçmək, orada məşğul olduğu biznes sahəsini böyütmək isə əsas arzularındandır.

Erkən yaşlarından ABŞ-a təhsil almaq üçün gələn, azərbaycan dilində təmiz danışmağı bacaran, yüksək zövqlü bu gəncin ən böyük uğurları hələ irəlidədir. İnanırıq ki, teleşoularda doğma vətəni təbliğ edən bu mehriban, gülərüz xanım tezliklə ABŞ-ın məşhur insanlarından birinə çevriləcək. "YouTube"də yerləşdirdiyi çıxışlarını milyonlarla tamaşaçının izləməsi bunu deməyə əsas verir…

Bəli, sizinlə amerikalılar arasında artıq tanınmağa başlayan bir azərbaycanlı istedadlı xanım, Zamira Dadaşova- Skattolon haqqında söhbət edirdim…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol