• $
  • €
  • ₽
  • ₺
  • £

AKP-də yeni partiya çaxnaşması - Sensasion gəlişmə

AKP-də yeni partiya çaxnaşması - Sensasion gəlişmə
04.05.2019 17:06
Keçmiş AKP funksionerlərinin qurmaq istədiyi yeni partiya ən azı bir ay ərzində elan ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Əhməd Takan deyib.

Ekspert keçmiş baş nazir Əhməd Davudoğlunun partiya quruculuğu işi üçün paytaxt Ankaraya gəldiyini və bunun hakim Ədalət və İnkişaf Partiyası (AKP) daxilində gərgin müzakirəyə səbəb olduğunu bildirib.

Əhməd Takan yeni partiya ətrafında gedən müzakirələrdə AKP-də təmsil olunan ağlagəlməz adların müzakirə edildiyini və bu məsələdə Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Barat Albayrağın adının hallandırıldığını bildirib:

"AKP daxilində "Ərdoğan bu qısqacdan yaxasını qurtara bilməyəcək” deyənlər də var. Digər yandan, Əhməd Davudoğlu və Abdullah Gül arasındakı buz da ərimək üzrədir. Hətta Davudoğlu Gülə yeni partiyanın liderliyini təklif edib, lakin Gül bu təklifdən imtina etsə də, partiya daxilində təklif olunan başqa bir vəzifəni tutmağa hazır olduğunu deyib. Əli Babacan da yeni partiyanın lideri olmaq istəmir”.

Politoloq qeyd edib ki, ən azı 1 ay ərzində qurulacaq partiyanın təşkilatlanma işini isə keçmiş nazirlərdən Bəşir Atalay həyata keçirir:
"Abdullah Gül də Atalaya etibar edir və bu, Əhməd Davudoğlunun narazılığına səbəb olub. Yəni, gülçülər yeni partiya ilə siyasətə gəlmək istəyirlər. Abdullah Gül isə onun yanına gələn AKP yetkililərinin "Nə olacaq?” sualına, "Davudoğlunu izləyin” cavabını verib”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol