• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada kütləvi aksiya- jurnalistlər tutuldu - Video

Moskvada kütləvi aksiya- jurnalistlər tutuldu - Video
12.06.2019 15:16
Moskvada jurnalist İvan Qolunovu dəstəkləmək üçün bu günə təyin olunmuş kütləvi etiraz aksiyası baş tutub. Polis aksiya iştirakçılarını saxlayıb.

Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, azı 35 nəfər saxlanılaraq polis şöbələrinə aparılıb. Onların arasında "Meduza”, "Kommersant” nəşrlərinin, "Dojd” telekanalının, "Reuters” agentliyinin əməkdaşları və Rusiyanın "əsas müxalifətçisi” Aleksey Navalnı da var.
Saxlanılanlardan biri – "Vedomosti” qəzetinin müxbiri Vitali Petlevoy bildirib ki, Trubnaya meydanında yeməyə gedərkən tutulub. Saxlanılmanın səbəbi jurnalistə izah olunmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları marşın keçiriləcəyi Myasnitskaya küçəsinə gedən yolu bağlayılblar. Aksiya iştirakçıları başqa küçələrdən keçməyə çalışırlar."Qovorit Moskva” xəbər verir ki. yürüş iştirakçıları Moskva polisinin inzibati binasına tərəf gedərək, Qolunovun tutulmasında günahı olan polis əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.

Rusiya paytaxtının polisi məlumat verib ki, saxlanılanlar barədə informasiya yoxdur.Xatırladaq ki, "Meduza” nəşrinin əməkdaşı İvan Qolunov narkotiklərin yayılması ittihamı ilə saxlanılmışdı. İctimaiyyətin və jurnalistlərin misli görünməmiş təzyiqi altında məhkəmə jurnalisti ev dustaqlığına məhkum etmişdi. Lakin dünən Rusiyanın daxili işlər naziri çıxış edərək, Qolunovun işinə xitam verildiyini bildirmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol