• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD mühasirəsində olan türkmən həkim: "Doğuma gedirəm" - FOTOLAR

İŞİD mühasirəsində olan türkmən həkim: "Doğuma gedirəm" - FOTOLAR
04.09.2014 09:59
İraqın türkmənlər yaşayan Əmirli şəhəri iki ay idi ki, İslam dövləti silahlılarının mühasirəsində idi.ANS PRESS-in məlumatına görə, iki aydan artıq davam edən mühasirə isə bir neçə gün əvvəl yarılıb və hərbçilər hələ də şiə türkmənlərinin şəhərini mühafizə etməkdədirlər.Əmirli şəhərində 15 minədək türkmən yaşayır. Onların dili Azərbaycan dilinə çox yaxındır.BBC Azərbaycancaya danışan türkmənlərdən biri yolları kəsən İslam Dövləti silahlılarının çəkildiyini desə də, ətrafda qalmış ola biləcək snayperlərdən irəli gələn təhlükənin hələ də sovuşmadığını vurğulayıb.Yerli xəstəxanada həkim işlədiyini deyən Saad Əmirli elektrik və sudan məhrum olmuş şəhərdə həyatın yenidən canlandığını deyib.O, az qala 3 ay davam edən mühasirə vaxtı “quyu suyundan içib, arpa çörəyi və xurma ilə keçinməli olduqları" şəhərə yenidən ərzaq gətirildiyini bildirib.Əmirlinin sözlərinə görə mühasirə günlərində yanacaqları olanlar generatorların istifadəsilə televizorları müvəqqəti cərəyana bağlayaraq son vəziyyət haqqında ərəbdilli kanallardan xəbər tuturdular.“Bizə ərəb xəbərləri ulaşırdı. Türkiyəyə baxan yox idi. Çünki Türkiyəni anlamırıq, dilini anlamırıq”.“Bizim dilimiz Azərbaycan dilinə yaxındır. İrandan İmam Rzaya, Kərbalaya, Nəcəfə ziyarətə gələnlərlə danışırıq. Çox yaxındır dilləri, çox yaxındır bizə, çox anlarıq”, - Saad bəy deyir.Həkim bizimlə telefonla danışarkən yol üstündə olduğunu və maşınla “doğuma getdiyini” söylədi.O, Əmirlidə tibb və nəqliyyat xidmətlərinin yenidən işləməyə başladığını desə də, təhsillə bağlı problemlərin qaldığını deyib.Saad bəy deyir ki, məktəblərdə şəhəri müdafiə edən hərbçilər yerləşdirildiyi üçün uşaqlar dərslərə başlaya bilməyiblər.“Məktəblərin hamısı bağlanıbdır, məktəb yoxdur. Məktəblərə döyüşənlər girdi. Yardım etməyə gələnləri qoymuşuq məktəbə”.Saad Əmirli döyüşlərdə İranın dəstəklədiyi şiə silahlıları, İraq hərbiyyəsi , kürdlər, türkmənlərin eyni cəbhədə vuruşmasını İmam Hüseynə məhəbbətlə izah edib.“Bu partilər hamısı bir oldu, gəldilər döyüşdülər Əmirli xətri üçün. Heç kim Əmirli döyüşündə ərəb, türkmən, kürd arasında fərq qoymadı. Hamsı düşmən qarşısında bir oldu. Bunları birləşdirən imam Hüseynin məhəbbəti oldu. Bu adamı sevirlər, bunun xətrinə birlik oldu”.Əmirli uğurunda döyüşlər son aylar öz nüfuzunu genişləndirməyə nail olmuş İslam Dövləti əleyhinə ilk uğurlu əməliyyat hesab olunur.Bazar ertəsi BMT İraqın şimalında “qeyri-insani əməllərlə” bağlı iddiları araşdırmaq üçün İraqa öz heyətini göndərəcəyini bildirib.Özlərini İslam dövləti elan etmiş cihadçıların hücumları nəticəsində minlərlə adam öldürülüb, milyondan artıq adam evindən didərgin düşüb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol