• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Ukrayna prezidenti ilə görüşünə münasibət bildirib

Putin Ukrayna prezidenti ilə görüşünə münasibət bildirib
27.08.2014 10:00
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Minskdə danışıqlar zamanı tərəflər Ukraynanın şərq rayonlarının sakinlərinə humanitar yardımın çatdırılması ilə bağlı qarşılıqlı əlaqənin yaradılmasına dair razılıq əldə olunub.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin həmçinin qeyd edib ki, Rusiya Ukraynanın şərqində atəşin dayandırılması ilə bağlı hər hansı bir şərt irəli sürməyib və sürə bilməz.  Putin əlavə edib ki, ümumiyyətlə Ukraynanın şərqində atəşkəsə dair hər hansı bir şərt danışıqlar zamanı müzakirə olunmayıb.Putin Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşünü, ümumilikdə,  müsbət qiymətləndirib.   Qeyd edək ki, ötən gün Minskdə Rusiya və Ukrayna prezidentləri arasında görüş olub.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin və Poroşenko arasında təkbətək görüş 2 saatadək davam edib.“Görüş başa çatıb”, deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, danışıqların yekunlarına dair heç bir şərh verməyib.Qeyd edək ki, bundan əvvəl, Gömrük İttifaqı – AB – Ukrayna formatında keçirilmiş görüşdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə bildirib ki, Rusiya və Ukrayna prezidentləri aktual məsələlərin müzakirəsi üçün təkbətək görüşün keçirilməsinə razılıq veriblər. Onun sözlərinə görə, Putin və Poroşenko görüşün yekunları dair jurnalistlərə açıqlama verəcəklər. Peskov bir qədər əvvəl açıqlamasında bildirib ki, görüşdə Ukraynanın daxilindəki böhran, qaçqınların problemi, humanitar yardımın çatdırılması və, bütövlükdə, Ukraynanın şərqində yaranmış humanitar fəlakət müzakirə olunacağını bildirib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol