• $
  • €
  • ₽
  • ₺
  • £

Putin qayıdandan sonra: Ermənistanda BUNLAR BAŞ VERƏCƏK...

Putin qayıdandan sonra: Ermənistanda BUNLAR BAŞ VERƏCƏK...
01.10.2019 18:23
Politoloq hesab edirəm ki, Rusiya prezidentinin iştirakı əsasən sammit çərçivəsindədir:
"Onun bu səfəri Ermənistana nə rəsmi, nə də ışgüzar səfərdir. Təbii ki, Kreml istəsəydi, Paşinyanla ikitərəfli əlaqələrə üstünlük verib, danışıqlar aparıb,  müqavilələr imzalanardı. Göründüyü kimi Putin Paşinyanla ikitərəfli danışıqlardan imtina edib. Bu, Paşinyana Moskvanın mesajıdır. Çünki, Paşinyan çalışır ki, Kremlin diktəsi ilə siyasət aparmasın və aslılığı azaltsın. Belə bir siyasəti Putin qəbul etmir. Paşinyan BMT tribunasından Rusiyanı strateji müttəfiq adlandırmasına baxmayaraq, Putinin İrəvan səfəri Ermənistan üçün xüsusi əhəmiyyət kəsb etmir.  Amma, baş verən siyasi proseslər Putini qane etmir. Ermənistanın inqilab hakimiyyətini Rusiya öz geosiyasi maraqlarına zidd görür. Buna görə də rəsmi Moskva maksimum dərəcədə Paşinyanla ən aşağı səviyyədə təmaslar saxlamağa çalışır”.

M. Əsədullazadə vurğulayıb ki, Putinin İrəvana səfəri Ermənistan hakimiyyəti ilə əlaqələrin inkişafına təkan verməyəcək:
"Paşinyan Kremldə etimadsız bir siyasi fiqurdur. Rusiya çalışır ki, ona sadiq qüvvələri hakimiyyətə gətirsin. Paşinyanın reveranslarına baxmayaraq ikitərəfli əlaqələrin inkişafı olmayacaq”.
Politoloq qeyd edib ki, İran prezideninin bu sammitdə iştirakı mahiyyətcə region və Ermənistan üçün ciddi siyasi-iqtisadi perspektiv vəd etmir:
"Sadəcə bu Qərbə qarşı Tehranın diplomatik gedişidir. Tehran bununla göstərmək istəyir ki, region ölkəsi və Avrasiya İttifaqı ilə ticarət əlaqələrini inkişaf etdirəcək. İranın Ermənistanla iqtisadi əlaqələri zəif və gələcək planda artması da gözlənilmir. Çünki sanksiyalar Tehranı defolta aparır. Ona görə də Ruhaninin səfəri siyasi bir mesaj səfəridir. Paşinyanın İrana qarşı bu siyasəti ABŞ-da da mənfi qarşılanır. Məhz ABŞ bununla bağlı İrəvandan izahat istəyəcək. Paşinyanın BMT bəyanatlarını reallaşdırmaq qeyri-mümkündür. Onun çıxışı sadəcə söz yığnağından ibarətdir”. 
Politoloq bildirib ki, bir sözlə, Putin və Ruhanin İrəvan səfəri Ermənistanın xarici siyasətdə ciddi müsbət dəyişikliklər gətirməyəcək:
"Paşinyanın ABŞ səfərini də uğurlu adlandırmaq olmaz. Onun prezident Trampla görüşü adi şəkil çəkmək istisnadır baş tutmadı. Diaspor qarşısında qeyd etdikləri əsasən ölkəsinə yardımlar etmək və Qarabağ məsələsini qaldırdı. Demək olar ki, Paşinyan ABŞ səfəri və Ermənistanda keçirilən sammiti buraya İran və Sinqapur liderlərini dəvət etməsi özünün siyasi imicini daxildə daha formalaşdırmağa çalışacaq. Bunu uğurlu xarici siyasət kimi auditoriyada manipulyasiya edəcək”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol