• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ilk saytı

Dünyanın ilk saytı
06.08.2014 23:22
1989-cu ilin martında Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) əməkdaşı, britaniyalı fizik Tim Berners-Li informasiyanın idarə edilməsi üçün təklif yazaraq hipermətndən istifadə ilə onun internet üzərindən asan göndərilməsini təsvir edib. Belçikalı sistem mühəndisi Robert Kayo gələn il Tim Berners-Linin layihəsinə qoşulub. İdeya fərdi kompüterlərdə hipermətni internetlə birləşdirməklə vahid informasiya şəbəkəsi yaratmaqdan ibarət olub. Sözügedən şəbəkə "CERN"-də fiziklər arasında informasiya mübadiləsini təmin etmək üçün lazım idi. İlk proqramlar "NeXT" kompüterində yaradılıb. Tim Berners-Li veb-səhifələrin yaradılması və onlara baxış üçün brauzer redaktor yaradıb. Onlar brauzer redaktoru 1990-cı ilin mayında "World Wide Web" (Ümumdünya Hörümçək Toru) adlandırıblar. Dünyada ilk veb-saytın ünvanı “info.cern.ch” olub. Bu sayt, həmçinin dünyada ilk internet kataloqdur: burada başqa saytlara istinadların siyahısı yerləşdirilmişdi. 1991-ci ilin yazında istənilən kompüter və ya terminalda işləyən universal brauzerin sınaqlarına başlanılıb. Brauzer “maus” və qrafikanı dəstəkləmirdi, yalnız mətn göstərilib.  Azərbaycanda ilk veb-sayt  - “science.gov.az” 1995-ci ildə yaradılıb.İctnews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol