• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan erməniləri təhqir etdi - VİDEO

Ərdoğan erməniləri təhqir etdi - VİDEO
06.08.2014 17:04

“Mənim üçün gürcüdür, dedilər. Hətta çox daha çirkin şeylər deyənlər də oldu, ermənidir, dedilər".

 

Türkiyədə keçiriləcək prezident seçkisinin ən favorit namizədi Rəcəb Tayyib Ərdoğan “NTV”də tanınmış jurnalist Oğuz Hakseverin aparıcılıq etdiyi “Namizədlər danışır” proqramında qonaq olub. 

Anspress xəbər verir ki, Ərdoğan proqramda ölkədəki məzhəb qarşıdurmalarından və etnik mübahisələrdən danışıb. 

Özü barədə də bu cür iddialar irəli sürüldüyünü deyən Ərdoğan türk oğlu türk olduğunu vurğulayıb. 

“Mənim üçün gürcüdür dedilər. Hətta çox daha çirkin şeylər deyənlər də oldu, ermənidir dedilər. Mənim atamdan, babamdan eşitdiyim bir şey var: Türk oğlu türkəm!” 

Ərdoğanın fikrini bu cür ifadə etməsi sosial şəbəkədə uzun müddət müzakirə mövzusu olub. Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) Kocaelidən olan millət vəkili Xurşid Günəş bu ifadə tərzinə görə, Ərdoğanı məhkəməyə verməyə hazırlaşır. Günəş, Ərdoğanın konstitusiyanın 10-cu, cinayət məcəlləsinin 122 və 216-cı maddələrini pozduğunu iddia edib. 

“Utanmazlığa bir baxın. Ərdoğan erməniliyə çirkin dedi. Yazıqlar olsun!! Bir insana səhvən də olsa erməni demək çirkin bir iftira deyildir. Bunu belə dəyərləndirmək irqçilikdir! Ərdoğanın ağzından çıxanı qulağı eşitmir. O prezident olarsa Türkiyə sadəcə tiran yox, həm də irqçi seçmiş olacaq. Erməni həmvətənlərimiz inciməsinlər. Onun ağlı yerində deyil. Dünya bu irqçini tanısın. Erməni olma iddiasını çirkin bir iftira kimi göstərir.

Hırant Dinki kim öldürdü? Heç axtarmayın. Onu öldürən düşüncə prezidentliyə namizəd oldu. Bəs bu adam yaradılanı Yaradandan ötrü sevirdi? Ermənini Allah yaratmayıbmı? Deməli ya yalançıdır, ya da Yaradanı sevmir. Bu gün ilk işim prokurorluğa gedərək Ərdoğandan şikayət etmək olacaq...” – deyə CHP millət vəkili açıqlamasında bildirib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol