• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail əsgəri qorxudan ağladı - VİDEO

İsrail əsgəri qorxudan ağladı - VİDEO
22.07.2014 09:39
İsrail xanım əsgəri, mərmi və sirena səslərini eşidərək qorxudan ağlamağa başlayıb. ANS PRESS-in məlumatına görə, onu sakitləşdirməyə gələn dostu da mərmiləri görəndə həyəcanını saxlaya bilməyib.

Bundan əlavə sosial şəbəkələrdə daha bir video yayılmağa başlayıb. Videoda israilli gənclər Həmas və onun atdığı raketlərdən necə qorxmadıqlarını başa salarkən sirena səsləri gəlməyə başlayır.Xatırladaq ki, İordan çayının Qərb sahilində iyunun 12-də itən 3 yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc Məhəmməd Əbu Hudayr 2 iyulda məskunlaşdırılan yəhudilər tərəfindən qaçırılmış və yandırılaraq öldürülmüşdü. İsrail ordusunun Həmas tərəfindən atılan raketlərə qarşı 7 iyuldan başlanan istiqamətli hava hücumu, 17 İyul Fələstinə genişmiqyaslı quru əməliyyatı ilə əvəz edilib.Birinci gecə minlərlə İsrail əsgərinin iştirakı ilə başlayan quru hərəkatında 39 Fələstinli ölüb, 400-dən çox adam yaralanıb. Xəbər verildiyinə görə əksəriyyəti mülki şəxs olan ölənlər arasında yenə də uşaqlar var. 12 gündür davam edən hücumlarda ölən ümumi fələstinli sayı 573-ə, yaralı sayı da 3 minə çatıb.Fələstin höküməti həyatını itirənlər arasında 66 uşaq və 28 qadının olduğunu açıqlayıblar. Quru hərəkatı zamanı İsrail ordusu da 45 hərbiçisini itirib.Bu arada İsrail ordusu 7 iyuldan bu yana cəmi 65 min ehtiyatda olan əsgəri geri çağırıb.ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Угроза взрыва на борту самолета Wizz Air
Dünya 18:20
Угроза взрыва на борту самолета Wizz Air
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol