• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniyada "hökumət inqilabı"

Britaniyada "hökumət inqilabı"
15.07.2014 12:35

Britaniyada keçiriləcək parlament seçkilərinə 9 ay qalmış baş nazir Devid Kemeron komandasını dəyişib.

Əsas dəyişiklik 4 ildən bəri XİN-ə başçılıq edən Uilyam Heyqin vəzifəsindən kənarlaşdırılması və onun yerinə müdafiə naziri Filip Hammondun təyinatıdır. Uilyam Heyqdən fərqli olaraq F.Hammond Britaniyanın Avropa Birliyinə sıx inteqrasiyasını təqdir etmir.

Britaniyanın beynəlxalq inkişaf məsələləri üzrə naziri Alan Dunkan da vəzifəsini itirib.

58 yaşlı Filip Hammondu Xarici İşlər Nazirliyinə başçı təyin etməklə baş nazir Devid Kemeron ölkənin Avropa Birliyindən çıxmasını və Brüsseldə dialoqun yenidən qurulmasını tələb edən seçicilərə doğru addım atır. Milli.az bildirir ki, Dauninq-Stritin yaydığı bəyanata görə, "kadr dəyişiklikləri planlaşdırılmış rotasiya çərçivəsindədir": "Daha çox seçicinin təqdirini almaq üçün hökumətin tərkibində mütəmadi dəyişikliklər olur". Ekspertlər isə hesab edirlər ki, Devid Kemeron hökumətin tərkibini "cavanlaşdırmaq"la bahəm, nazirlər arasında qadınların sayını artırmağa çalışır.

Bundan başqa, seçkilərdə qalib gəlmək və hökumətə nəzarəti əlində saxlamağa can atan mühafizəkarlar üçün kadr dəyişiklikləri çox gərəkdir.

Son aylarla Leyborist Partiyasının populyarlığı sürətlə artır və reytinqlərdə Mühafizəkarlar Partiyası artıq şəksiz lider təsiri bağışlamır. Uilyam Heyq və Alan Dunkanla yanaşı, Şimali İrlandiya məsələləri naziri Endryu Robatan, hökumətin katibi Kennet Klark, ətraf mühit məsələləri naziri Ouen Paterson, baş prokuror Dominik Qriv, Uels məsələləri naziri Devid Cons, İcmalar Palatasında hökumət nümayəndəsi Endryu Lansli, polis naziri Demien Qrin, ekologiya və təbii ehtiyatlar naziri Qreq Barker, baş katib Corc Yanq, energetika naziri Qreq Barker, vətəndaş cəmiyyəti məsələləri naziri Nik Hörd, habelə universitetlər və elm məsələləri naziri Devid Villets postlarından kənarlaşdırılıblar. Gedənlərin yerinə hökumətə Elizabet Trass, Ester Makvey, Niki Moran, Layam Foks, Stiven Krabb, Penni Mordaunt, Marqo Ceyms, Ember Radd və Harriet Bolduin gətiriliblər.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol