• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniyada yaşayan soydaşlarımızdan Azərbaycan Ordusuna DƏSTƏK

Britaniyada yaşayan soydaşlarımızdan Azərbaycan Ordusuna DƏSTƏK
02.10.2020 12:33
Britaniya azərbaycanlıları Azərbaycan xalqına dəstək müraciəti edib.

Anews.az həmin müraciəti təqdim edir:

"Biz, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan azərbaycanlılar, Vətənimizin bu önəmli və şərəfli dönəmində bildirmək istəyirik ki, hamımızın ürəyi, düşüncələri, canı sizinlə bir olaraq, Qarabağın döyüş meydanlarındadır. Sentyabrın 27-də şanlı Azərbaycan Ordusunun hücuma keçməyi xəbərini eşidəndə, Britaniya azərbaycanlıları gözlərindən yaş axa-axa bir-birinə göz aydınlıq verirdi.

Azərbaycandan uzaq olduğumuza baxmayaraq, bizim Vətənə olan sevgimiz səngiməzdir. Biz burada erməni işğalçıları və onları dəstəkləyən qüvvələrin siyasətinə qarşı bacardığımız qədər mübarizə aparırıq ki, Azərbaycan xalqının bu savaşına kiçicik də olsa, töhfə verə bilək.

Britaniya azərbaycanlıları daim dünya diqqətinin mərkəzində olan şəhər - Londonun ən mərkəzi küçələrində böyük nümayiş təşkil edib, erməni işğalına qarşı etiraz edərək, Britaniya və dünya ictimaiyyətinə Qarabağ haqqında həqiqətləri çatdırıbvə bu işi səngimədən davam etdirir. Elə buradakı nümayişlərdə də biz erməni azğınlığı ilə qarşılaşdıq, lakin onlara layiqincə cavab verə bildik. Biz bilirik ki, bizim Ordu, bizim xalq Qarabağda onların cavabını lazımi qədər verəcək.

Biz Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycan hökümətinə demək istəyirik ki, Britaniyada yaşayan minlərlə azərbaycanlı daim sizinlədir və bu mübarizəni sizinlə çiyin-çiyinə aparmağa hazırdır. Biz söz veririk ki, burada informasiya müharibəsi apararaq, səngərlərdə döyüşən vətənimizin şərəfli oğullarına, arxa cəbhədə yumruq kimi birləşən Azərbaycan xalqına əlimizdən gələn dəstəyi edirik və edəcəyik.
Biz əminik ki, bu mübarizə haqqın, yəni Azərbaycanın qələbəsilə bitəcək!".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol