• $
  • €
  • ₽
  • ₺
  • £

İran ətrafında nə baş verir? Bombardmançılar Fars körfəzi üzərindən uçur

İran ətrafında nə baş verir? Bombardmançılar Fars körfəzi üzərindən uçur
31.12.2020 21:30
ABŞ strateji bombardmançıları Fars körfəzi üzərindən uçur, İran ətrafına böyük qüvvə cəmləşib. Bu son aylarda üçüncü belə uçuşdur. Uçuşlardan məqsədin İranı ABŞ və müttəfiq qüvvələrin obyektlərinə mümkün hücumlardan çəkindirmək olduğu güman edilir.Bombardmançı təyyarələr dekabrın 30-da Şimali Dakota ştatındakı Minot hərbi hava bazasından Yaxın Şərqə və geriyə 30 saatlıq uçuş yerinə yetiriblər. ABŞ Mərkəzi Komandanlığının rəisi general Kennet Makkenzi dekabrın 30-da verdiyi bəyanatda deyib:

"Birləşmiş Ştatlar döyüş qabiliyyətli qüvvələrini ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çıxarmaqda davam edir. Bundan məqsəd hər hansı potensial düşməni çəkindirmıək və göstərməkdir ki, biz amerikalılara və ya maraqlarımıza qarşı təcavüzə cavab verməyə hazırıq”.
 
General əlavə edib:"Biz münaqişə axtarmırıq, lakin heç kəs bizim öz qüvvələrimizi qorumaq və istənilən hücuma qətiyyətli cavaba hazırlıq qabiliyyətimizi sınağa çəkməməlidir”.
 
Xəbər verilir ABŞ Hərbi Hava Donanması son 45 gündə buna bənzər iki missiya həyata keçirib. Bu uçuşlar Vaşinqtonun İranın general Qasem Süleymaninin bu ilin yanvarında İraqda öldürülməsinə hər hansı şəkildə cavab verə biləcəyindən narahatlığını əks etdirir.
 
Xatırladaq ki, 2020-ci ilin yanvarında Süleymaninin dron zərbəsi ilə öldürülməsindən bir neçə gün sonra İran İraqda ABŞ əsgərlərinin yerləşdirildiyi hərbi bazaya ballistik raket zərbələri endirmişdi.Həmin vaxt ABŞ hərbçiləri arasında itki olmasa da, 100-dək Amerika əsgəri beyin silkələnməsi keçirmişdi.
ABŞ habelə ötən həftə İrana bağlı şiə yaraqlıların ABŞ-ın Bağdaddakı səfirlik şəhərciyinə raket hücumundan narahat olub. Bu hücum nəticəsində də ölən olmayıb, amma prezident Donald Tramp deyib ki, ABŞ İranı nəzarətdə saxlayır.O dekabrın 3-də Twitter-də yazmışdı:"İrana bir dost məsləhəti: Əgər bircə amerikalı öldürülsə, mən İrandan haqq-hesab soracağam. Bu barədə düşünün”.
 
Birləşmiş Ştatlar ABŞ-ın Bağdaddakı səfirliyinin heyətini son aylarda ixtisar edib. Analitiklər yanvarın ilk günlərini ABŞ-la İran arasında hərbi toqquşma baxımından olduqca riskli hesab edirlər. Xüsusən də ona görə ki, Birləşmiş Ştatlar son bir-iki ayda Fars körfəzinə böyük hərbi qüvvə, o cümlədən təyyarədaşıyan gəmilər göndərib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol