“Britaniya ştammı” da mutasiyaya uğradı

Böyük Britaniyada koronavirusun "Britaniya ştammı” da mutasiyaya uğrayıb.
Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın Xalq Sağlamlığı İdarəsinin məlumatında deyilir.
Laboratoriya tədqiqatlarına görə, yeni mutasiya koronavirusun immunitet reaksiyasına qarşı daha davamlıdır və COVİD-19 vaksininin təsir gücünü azaldır. Bununla əlaqədar olaraq artıq koronavirusa yoluxmuş insanların "Britaniya ştammı”nın mutasiyasına yoluxma riski də artır.
www.anews.az























