ABŞ Senatı səsvermə keçirərək Pit Buttedcacı ölkənin nəqliyyat naziri postuna təsdiq edib
Anews.az TASS-a istinadən xəbər verir ki, Buttedcac bundan əvvəl hazırkı prezident Co Baydenlə birlikdə ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd göstərilməsi üçün müraciət etmişdi. 2020-ci ilin martında o, seçki marafonundan çəkilərək daha sonra Baydenin namizədliyini dəstəkləmişdi.
Buttedcac 2012-2020-ci illərdə İndiana ştatının Saut-Bend şəhərinin meri olub.
Qeyd edək ki, yeni nazir açıq şəkildə homoseksual olduğunu bəyan edib
www.anews.az