• $
  • €
  • ₽
  • ₺
  • £

Çin gəmiləri Yaponiya ilə mübahisəli əraziyə daxil olub

Çin gəmiləri Yaponiya ilə mübahisəli əraziyə daxil olub
16.02.2021 20:30
Ardıcıl ikinci gündür Çin Dəniz Polisinin patrul gəmiləri Yaponiyada mübahisəli Senkaku adaları yaxınlığındakı zonaya daxil olurlar.

NHK telekanalı məlumat verir ki, gəmilərin birində top da var.

Bildirilir ki, səhər yaponiyalı balıqçı gəmiləri eyni zonada balıq tutanda Çin gəmiləri onlara yaxınlaşmağa çalışıblar. Bu zaman Yaponiya Sahil Mühafizəsi gəmiləri səsgücləndiricilər vasitəsilə Çin patrul xidmətçilərini ərazini tərk etməyə çağırıblar.

"Çin gəmilərinin bir neçə gün davam edən bu cür hərəkətlərini qəbuledilməz hesab edirik. Əlavə olaraq, bunu beynəlxalq (naviqasiya) qaydaların pozulması hesab edirik. Bununla əlaqədar olaraq Çin tərəfinə etiraz etdik və bu hərəkətlərin dayandırılmasını şiddətlə tələb etdik” , - deyə Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Katsunobu Kato bildirib.

Yaponiya tərəfi Çin gəmilərinin Senkakuda fəaliyyətinin artmasını Çində fevralın 1-də ölkənin suverenliyini qorumaq üçün xarici gəmilərə atəş açma səlahiyyəti verən qanunun qüvvəyə minməsi ilə əlaqələndirir.

Şərqi Çin dənizində yaşanan Senkaku arxipelaqı ilə bağlı ərazi mübahisəsi Tokionun 2012-ci il sentyabr ayında adaları fiziki şəxs olan Yaponiya vətəndaşlarından alacağını açıqladıqdan sonra daha da böyüyüb. O vaxtdan bəri Çin gəmiləri vaxtaşırı mübahisəli arxipelaqın yaxınlığında görünürlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol