• $
  • €
  • ₽
  • ₺
  • £

Göyərtəsində ukraynalı dənizçilər olan gəmi batıb, ölənlər var

Göyərtəsində ukraynalı dənizçilər olan gəmi batıb, ölənlər var
11.03.2021 23:59
Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində ukraynalı dənizçilər olan "Volgo Balt 179” gəmisinin batması nəticəsində 2 nəfər ölüb.

"Report” UNIAN-ə istinadən xəbər verir ki, bu barədə xilasetmə əməliyyatında iştirak edən "Grup Servicii Petroliere” məlumat verib.

Bildirilib ki, gəmidəki 13 dənizçi Ukrayna vətəndaşıdır. Onlardan ikisi ölüb, birinin meyiti tapılaraq çıxarılıb, digərinki axtarılır.

Məlumata görə, gəmi Rusiyanın Rostov-Don limanından Rumınyanın Konstansa limanı istiqamətində hərəkət edirmiş. Gəmidəki heyətin 13 üzvündən biri qadın olub. Onlardan 10-u sağ-salamat sahilə çıxarılıb. Qadın yaralanıb. Xilas edilənlərin səhhəti yaxşıdır.

"Rumıniya sahillərində göyərtəsində 13 ukraynalı olan "Volgo Balt 179” batıb. 10 dənizçi xilas edilib, 2-si ölüb, birinin axtarışı davam edir”, - Ukraynanın xarici işlər naziri Oleq Nikolenko tvitter hesabında yazıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol