• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiyaya 18 milyard dollar yatıracaq

Azərbaycan Rusiyaya 18 milyard dollar yatıracaq
02.06.2014 18:52

“Bu göstəricinin daha da artması üçün potensial var”.

Azərbaycan Rusiya iqtisadiyyatına yaxın 5-6 il ərzində 18 milyard dollar investisiya yatıracaq.

Oxu.Az Novosti.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə görüşü zamanı bildirib.

Bildirilir ki, Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini deyib. Nazir bildirib ki, ötən il ölkələr arasında mal dövriyyəsinin həcmi 10 faiz artıb, bu göstəricinin daha da artması üçün potensial var.

Rusiyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətinin səfər proqramına Sumqayıt Texnologiyalar Parkına baş çəkmək və oradakı müəssisələrlə əməkdaşlıq qurulması da daxildir.

2013-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 583 milyon dollar təşkil edib. Rusiya Azərbaycana 1 milyard 505 milyon dollarlıq mal ixrac edib, Azərbaycan isə bu ölkəyə 1 milyard 78 milyon dollarlıq mal göndərib. Hazırda Azərbaycanda Rusiya kapitalı ilə işləyən 570 şirkət fəaliyyət göstərir, son illər Rusiya şirkətləri Azərbaycana 628 milyon dollar yatırım qoyub. Azərbaycan isə Rusiya iqtisadiyyatına ötən 10 ildə 1 milyard dollara yaxın investisiya yatırıb.

İndi iqtisadi inkişaf nazirinin yaxın 5-6 ildə Rusiyaya fantastik məbləğdə - 18 milyard dollar investisiya qoyulacağını açıqlaması tərəflərin hansısa iri iqtisadi layihələr üzərində müzakirələr apardığını göstərə bilər.

Eyni zamanda bu məlumat göstərir ki, Qərblə münasibətləri məhdudlaşdıran Azərbaycan öz kapitalını Rusiyaya və digər yaxın ölkələrə yönəltməyə hazırlaşır.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol