• $
  • €
  • ₽
  • ₺
  • £

Quterreş bütün ölkələri Minalar Əleyhinə Konvensiyaya qoşulmağa çağırdı

Quterreş bütün ölkələri Minalar Əleyhinə Konvensiyaya qoşulmağa çağırdı
04.04.2021 15:55
Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günü münasibəti ilə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatı yayılıb.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günündə minaların səbəb olduğu təhlükələrə qarşı maarifləndirmə işlərində gördüyümüz işləri nəzərdən keçiririk və minasız dünyaya nail olmaq öhdəliyimizi bir daha bəyan edirik.
Bəyanatda qeyd olunur ki, Minalar Əleyhinə Konvensiyaya 160-dan çox dövlət qoşulub:
"Bu konvensiyaya qoşulmayan ölkələri ləngimədən qoşulma qərarını verməyə çağırıram.  Minalar, partlayıcı maddələrin qalıqları, əldəqayırma partlayıcı qurğular həssas təbəqəyə aid olan insanlara, məcburi köçkünlərə, məhrumiyyətlərə məruz qalmış insanlara və uşaqlara daha çox təsir edir. Onlar dinc həll yollarını çətinləşdirir, humanitar yardımlara əngəl yaradır, eləcə də dayanıqlı və inklüziv inkişafa mane olur. Təəssüf ki, bəzən minaların təmizlənməsi sahəsində əldə etdiyimiz irəliləyiş puça çevrilir. Bununla yanaşı, minaların törətdiyi təhlükəyə dair təkcə maarifləndirmə və təbliğat işləri ilə kifayətlənə bilmərik.  BMT Nizamnaməsi bizdən bu işi tamamlamağımızı tələb edir: bu öldürücü qurğuları axtarıb, təmizləyib və məhv etməyimizi. Gəlin, bu onilliyi bu problemlə mübarizə aparmalı olduğumuz sonuncu onillik edək”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nepalda Azərbaycan və Kanadada iş vəd edən iki nəfər saxlanılıb
Dünya 19:03
Nepalda Azərbaycan və Kanadada iş vəd edən iki nəfər saxlanılıb
В Непале задержаны мошенники, обещавшие гражданам трудоустройство в Азербайджане и Канаде
Dünya 19:01
В Непале задержаны мошенники, обещавшие гражданам трудоустройство в Азербайджане и Канаде
İran Ermənistana xəbərdarlıq edib
Dünya 16:59
İran Ermənistana xəbərdarlıq edib
Bolqarıstanda bomba təhlükəsi səbəbindən üç təyyarə təcili eniş edib
Dünya 16:34
Bolqarıstanda bomba təhlükəsi səbəbindən üç təyyarə təcili eniş edib
Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
Dünya 16:17
Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
Dünya 15:29
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Dünya 14:42
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Dünya 13:34
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Qətər sahillərində neft tankerinə hücum edilib
Dünya 12:56
Qətər sahillərində neft tankerinə hücum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol