• $
  • €
  • ₽
  • ₺
  • £

Makron Rusiyaya qarşı çıxdı - “Sanksiyalar kifayət deyil”

Makron Rusiyaya qarşı çıxdı - “Sanksiyalar kifayət deyil”
19.04.2021 22:00
Fransa Prezidenti Emmanuel Makron beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı qırmızı xətlərini açıq şəkildə müəyyən etməli olduğunu bildirib.

O, bu barədə ABŞ-ın "CBS” telekanalına müsahibəsində son dövrlər gərginləşən Qərb-Rusiya münasibətlərini şərh edərkən bildirib.

Ukraynanın şərqində və Krımda artan gərginliyə işarə edən Makron, Rusiyanı çəkindirmək üçün sanksiyaların yetərli olmayacağını qeyd edib.

"Rusiya ilə münasibətdə qırmızı xətlərimizi aydın şəkildə çəkməliyik. Güvənli olmağın yeganə yolu budur. Təkcə sanksiyalar kifayət deyil, lakin sanksiyalar paketin bir hissəsidir”,- deyə Makron qeyd edib.

Makron konstruktiv dialoqa üstünlük verdiyini, lakin bundan əvvəl güvən yaratmaq lazım olduğunu bildirib.

ABŞ və Rusiya Prezidentləri Co Baydenlə Vladimir Putin arasında mümkün görüşü dəstəklədiyini dilə gətirən Makron həmişə dialoqa önəm verdiyini qeyd edib.

O, Prezident Barak Obamanın Suriyada kimyəvi silah istifadə edilməməsi ilə bağlı açıqladığı qırmızı xəttin 2013-cü ildə Bəşər Əsəd tərəfindən pozulmasından sonra beynəlxalq cəmiyyətin seyrçi qalmasını xatırladaraq, bunun Putini gücləndirdiyini bildirib.

Xatırladaq ki, aprelin 15-də ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı fərman imzalayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol