Rusiyada koronavirusdan ölənlərin sayı 112 minə çatır

Rusiyada son sutka ərzində koronavirusa 7975 yeni yoluxma halı qeydə alınıb.
Unikal.org "RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 847 489 nəfərə çatıb.
Rusiyada son bir gündə 360 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 111 895 nəfərdir. İndiyədək 4 464 550 xəstə sağalıb.
www.anews.az























