• $
  • €
  • ₽
  • ₺
  • £

“The Guardian”: Aİ-nin miqrasiya tədbirlərinə görə 2 mindən çox insan ölüb

“The Guardian”: Aİ-nin miqrasiya tədbirlərinə görə 2 mindən çox insan ölüb
05.05.2021 23:59
Pandemiya dövründə Avropa İttifaqı (Aİ) ölkələri ən azı 40 min qaçqının Avropaya girişinin qarşısını qanunsuz olaraq alıb və bu, 2 mindən çox insanın ölümünə səbəb olub.

"Report” xəbər verir ki, bu barədə "The Guardian” qəzetinin BMT qurumları və qeyri-hökumət təşkilatlarının (QHT) məlumatlarına əsaslanan araşdırmasında deyilir.

Nəşr yazır ki, son onilliklərin ən böyük kütləvi deportasiya əməliyyatlarından biri çərçivəsində Avropa ölkələri Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) dəstəyi ilə, uşaqlar da daxil olmaqla, minlərlə müharibə qaçqını sistematik şəkildə sıxışdırıb, həbs və ya daşınma zamanı insanlara qarşı qanunsuz zorakılıq və amansızlıq taktikalarını tətbiq edib.

2020-ci ilin yanvarından etibarən miqrant sayında azalma olmasına baxmayaraq, İtaliya, Malta, Yunanıstan, Xorvatiya və İspaniya miqrasiya siyasətlərini sərtləşdirib.

Yeni koronavirusun qarşısını almaq üçün sərhədlərin qismən və ya ümumiyyətlə bağlanmasından sonra, bu ölkələr miqrantları daşıyan gəmilərini ələ keçirmək və qaçqınları həbs mərkəzlərinə göndərmək üçün özəl gəmiləri cəlb ediblər.

Qəzet qeyd edir ki, insanların döyüldüyü və ya sərhəddə qarət edildiyi barədə məlumatlar yayılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nepalda Azərbaycan və Kanadada iş vəd edən iki nəfər saxlanılıb
Dünya 19:03
Nepalda Azərbaycan və Kanadada iş vəd edən iki nəfər saxlanılıb
В Непале задержаны мошенники, обещавшие гражданам трудоустройство в Азербайджане и Канаде
Dünya 19:01
В Непале задержаны мошенники, обещавшие гражданам трудоустройство в Азербайджане и Канаде
İran Ermənistana xəbərdarlıq edib
Dünya 16:59
İran Ermənistana xəbərdarlıq edib
Bolqarıstanda bomba təhlükəsi səbəbindən üç təyyarə təcili eniş edib
Dünya 16:34
Bolqarıstanda bomba təhlükəsi səbəbindən üç təyyarə təcili eniş edib
Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
Dünya 16:17
Aİ Ukraynaya əlavə 4,3 milyard avro vəsait ayıracaq
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
Dünya 15:29
Paşinyan: Ermənistan-Türkiyə sərhədindəki tarixi Ani körpüsünün bərpasına tezliklə başlanılacaq
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Dünya 14:42
İstanbulda ayrı-ayrı vaxtlarda iki bina çöküb
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Dünya 13:34
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Qətər sahillərində neft tankerinə hücum edilib
Dünya 12:56
Qətər sahillərində neft tankerinə hücum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol