• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Gürcüstan dəmir yolu sahəsində əməkdaşlığa dair protokol imzalayıb

Azərbaycan və Gürcüstan dəmir yolu sahəsində əməkdaşlığa dair protokol imzalayıb
07.05.2021 22:30
"Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) "Gürcüstan Dəmir yolları” SC-nin Baş direktoru David Peradzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə "Report"a ADY-dən bildirilib.

Məlumata görə, görüşdə Cəmiyyətin sədri Cavid Qurbanov ölkələrimiz arasında dəmir yolu sahəsində mövcud əməkdaşlıq əlaqələrinin perspektivindən danışıb. O, qeyd edib ki, nəqliyyat sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi hər zaman dövlət tərəfindən diqqətdə saxlanılır və bu məqsədlə Azərbaycan bütün əhəmiyyətli beynəlxalq layihələrin reallaşdırılmasında fəal iştirak edir.

Cografi üstünlüklər logistika, tranzit imkanlarını daha da genişləndirir və Azərbaycan önəmli beynəlxalq nəqliyyat qovşağına çevrilib. Cəmiyyət sədri dəmir yolu sahəsində həyata keçirilən islahatlardan danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit daşımalarda əhəmiyyətini vurğulayıb. O, bildirib ki, "Şimal-Cənub” və "Cənub-Qərb" dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələrin fəaliyyətinin gücləndirilməsində məqsəd iştirakçı ölkələrin tranzit potensialının artırılmasıdır.

D.Peradze əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün imkanlardan söhbət açıb. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının qlobal səciyyə daşıdığını bildirən qonaq bu layihənin regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfə olduğunu diqqətə çatdırıb.

Görüşdə bu marşrutun gələcəkdə inkişaf istiqamətləri, Azərbaycan və Gürcüstan ərazisindən keçən marşrutlara əlavə yüklərin cəlb olunması məqsədilə görülən işlər barədə məlumat verilib. Qarşılıqlı maraq kəsb edən məsələlər, TransXəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.

Sonra hər iki ölkənin dəmir yolları rəhbərləri arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol