Rusiyada məktəbdə silahlı insident - 13 ölü + Yenilənir
![Rusiyada məktəbdə silahlı insident - 13 ölü + Yenilənir Rusiyada məktəbdə silahlı insident - 13 ölü + Yenilənir](https://anews.az/photo/850x500/2021-05/1620722076_tatar.png)
Rusiyanın Tatarıstan Respublikasında orta məktəblərin birində silahlı insident baş verib. Belə ki, naməlum şəxs paytaxt Kazanda yerləşən məktəblərdən birinə hücum edib.
"Qafqazinfo” xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı 9 nəfər həyatını itirib. Onlardan səkkizinin şagird, birinin isə müəllim olduğu qeyd edilib.
Hücum barədə hələlik rəsmi açıqlama verilməsə də, "İnterfaks” qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları basqın edən 17 yaşlı yeniyetməni saxlayıblar.
***
Hücum nəticəsində ölənlərin sayı 13-ə yüksəlib.
***
Hüquq-mühafizə orqanlarının əməkdaşları ikinci silahlı şəxsi də zərərsizləşdiriblər. Onun məktəbin dördüncü mərtəbəsindəki sinif otaqlarının birində zərərsizləşdirildiyi bildirilir.
Tatarıstan Prezidenti Rustam Minnixanov, səhiyyə naziri Marat Sadıkov və regionun prokuroru İldus Nafikov da hadisə yerinə gəlib.
Faktla bağlı cinayət işi başlanıb. Binada operativ əməliyyatlar davam edir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)