• $
  • €
  • ₽
  • ₺
  • £

“Niyə istefa verməliyəm?” - Süleyman Soylu

“Niyə istefa verməliyəm?” - Süleyman Soylu
25.05.2021 19:30
Türkiyə daxili işlər naziri Süleyman Soylu "Habertürk”də Kübra Parın təqdim etdiyi proqramda jurnalistlərin suallarını cavablandırıb.

Hazırda beynəlxalq axtarışda olan türkiyəli kriminal avtoritet Sedat Pekerin ölkədə gündəm olan iddialarına cavab verən Soylu Peker barəsində "Cavabını verəcək, gəlib ədalətə təslim olacaq”,- deyə bildirib.

Sedat Pekerin bütün iddialarının cəfəngiyyat olduğunu deyən S. Soylu "İstefa verməyi düşündünüzmü?” sualına belə cavab verib: "Heç vaxt düşünmədim, bütün böhtanlar cəfəngiyatdır, niyə istefa verməliyəm?!”

DİN rəhbəri Türkiyədə qətlə yetirilən "Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov haqqında da danışıb.

"Azərbaycanlı Nadir Səlifov Rusiyada həbsdə yatıb. Türkiyədə məskən qurmaq istəyirdi. Dünyanın ən önəmli 12 mafiyasından biri idi. Bu şəxsi tutduq, məhkəməyə apardıq. Məhkəmə "cəzasını çəkdi” dedi. Vəkili getdi, "2 saata bunu məhkəmədən, saxlanma mərkəzindən çıxaracaqsınız və xaricə göndərməyəcəksiniz” dedi. Adamın tam istədiyi bu idi. Məhkəmənin bu qərarını həyata keçirmiş kimi davrandım, onu immiqrasiya idarəsindən çıxarıb yenidən geri qaytardım. Sonra onu Azərbaycana göndərdim. Türkiyəyə gələcəyini düşünərək onu izlədik. Yunanıstan pasportu ilə Kiprə və oradan Türkiyəyə girdi və orada öldürüldü”,- deyə Soylu qeyd edib.

Xatırladaq ki, Süleyman Soylu bir neçə gün öncə "TRT Haber” efirində də "Lotu Quli”dən danışmışdı.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol