• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Protaseviçin azad olunmasını tələb etdi

ABŞ Protaseviçin azad olunmasını tələb etdi
25.05.2021 20:59
"ABŞ təyyarənin uçuş istiqamətinin məcburi şəkildə dəyişdirilməsi və Minskdə eniş zamanı belaruslu jurnalist Roman Protaseviçin həbsini qətiyyətlə pisləyir”.

"Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, jurnalistin dərhal azad olunması tələb edilir:

"ABŞ iki Avropa İttifaqına üzv dövlət arasındakı uçuşun məcburi şəkildə dəyişdirilməsini və daha sonra jurnalist Roman Protaseviçin Minskdə saxlanılmasını kəskin şəkildə qınayır. Dərhal sərbəst buraxılmasını tələb edirik.
Lukaşenko administrasiyasının bu şok hərəkəti ABŞ vətəndaşları da daxil olmaqla, 120-dən çox sərnişinin həyatını təhlükəyə atıb”.
Dövlət katibi bəyan edib ki, məcburi eniş saxta bəhanələrlə əsaslandırılıb:
"Buna görə bu hadisələri nəzərdən keçirmək üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının ən qısa zamanda iclasının keçirilməsinin tərəfdarıyıq”.
Qeyd edək ki, Yunanıstandan Litvaya gedən "Ryanair”ə aid 123 nəfəri daşıyan təyyarə bomba xəbərdarlığı iddiası ilə Belarus hava məkanında məcburi endirilib. Sərnişinlər arasında olan "Nexta” ve "Belarus Golovnogo Mozga” teleqram kanallarının rəhbəri Roman Protaseviç  saxlanılıb.

Buna adekvat cavab olaraq bir sıra Aİ ölkələri Belarusa və Belarus hava məkanından uçuşları dayandırmaq qərarı alıb. Aİ məsələ ilə bağlı liderlərin zirvə görüşündən öncə Belarusa sanksiyaları müzakirə edəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol