• $
  • €
  • ₽
  • ₺
  • £

Sedat Pekerin həbsi barədə qərar verildi

Sedat Pekerin həbsi barədə qərar verildi
27.05.2021 16:59
Son günlər Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə bağlı qalmaqallı açıqlamaları ilə gündəmdə olan mafiya rəhbəri Sedat Peker barədə həbs qərarı verilib.

"Qafqazinfo” "Hürriyət”ə istinadən xəbər verir ki, qərar Ankara Baş Prokurorluğunun tələbi ilə verilib.

"Sedat Pekerə qarşı davam edən istintaq çərçivəsində Baş Prokurorluğumuzun tələbi ilə Ankara 2-ci Sülh Cəza Məhkəməsi tərəfindən həbs qərarı verilib”, -deyə prokurorluğun açıqlamasında vurğulanıb.

Bu məqamda bildirək ki, daha öncə Türkiyə KİV orqanlarında 49 yaşlı Pekerin ölkədən qaçdıqdan sonra müxtəlif vaxtlarda Kosova, Makedoniya və Mərakeşdə yaşadığı barədə məlumatlar yayılıb. Hazırda isə kriminal avtoritetin BƏƏ-də məskunlaşdığı iddia olunur.

Qeyd edək ki, Sedat Pekerin yayımladığı videomüraciətlərdə türkiyəli millət vəkiləri, keçmiş nazirlər və digər rəsmi şəxslər haqqında səsləndirdiyi qalmaqallı iddialar Türkiyədə geniş müzakirələrə səbəb olub. Hətta ötən gün Prezident Rəcəb Tayyib Ərdoğan Süleyman Soylu ilə bağlı məsələyə münasibət bildirərək DİN rəhbərini hədəf alan hücumların arxasında Türkiyədəki əmin-amanlıqdan narahat olan və ölkəni qarışdırmaq istəyənlərin durduğunu qeyd edib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol