• $
  • €
  • ₽
  • ₺
  • £

Kolumbiya mətbuatında Ermənistanın qanunsuzluqları ifşa edilib

Kolumbiya mətbuatında Ermənistanın qanunsuzluqları ifşa edilib
03.06.2021 19:30
Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan "Las2Orillas” və "Ola Politica” qəzetlərində xarici ölkələrdəki erməni icma təşkilatları tərəfindən Azərbaycan ərazilərində mövcud olmuş qanunsuz rejimə və erməni silahlı birləşmələrinə yardım məqsədilə iri həcmli maliyyə ianələri toplanması haqda tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu "Müharibəni maliyyələşdirmək məqsədilə dələduzluq” başlıqlı məqalə dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, yazıda Ermənistan hökuməti və erməni icma təşkilatlarının dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərdən humanitar məqsədlər adı altında kütləvi həcmdə maliyyə ianələri topladığı və bu vəsaitləri Ermənistanın silahlanmasına və 44 günlük müharibə zamanı Azərbaycana qarşı hərbi əməliyyatlara qatılan muzdlulara sərf olunduğu məlumat verilir.

Müəllif bildirir ki, Ermənistan tərəfinin təxribatları nəticəsində başlanmış və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə nəticələnmiş 44 günlük müharibə başa çatanadək "Hayastan All Armenian Fund” tərəfindən aparılan ianə toplama kampaniyası çərçivəsində 73 müxtəlif ölkədə yaşayan çoxsaylı icma üzvlərindən 170 milyon ABŞ dolları məbləğində vəsait toplanıb.

Məqalədə xaricdə yaşayan ermənilərin etibarından sui-istifadə edilərək toplanmış həmin vəsaitin böyük hissəsinin müharibə dövründə gizli şəkildə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü və bu faktın Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin maliyyə xərclərini xaricdə yaşayan soydaşlarından dələduzluq və aldatma yolu ilə topladığı vəsait hesabına qarşıladığına dəlalət etdiyi qeyd olunur.

Ardınca sözügedən fondun daha əvvəllər də qanunsuz mənimsəmə hallarında adı keçdiyi, bu xüsusda qurumun keçmiş direktoru Ara Vardanyan 2018-ci ildə fondun böyük həcmli vəsaitlərini mərc oyunlarına sərf etdiyinə görə həbs olunduğu məlumat verilir.

Sonda ianə toplama kampaniyasına dəstək olan bəzi iri beynəlxalq bankların adları çəkilərək həmin maliyyə qurumlarına erməni diaspor təşkilatlarına aid hesabların təhlil edilməsi tövsiyə olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol