Çavuşoğlunu Fransaya dəvət etdilər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 6-7-də Fransada səfərdə olacaq.
"Ölkə.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyəli naziri Fransa Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Jan-İv Le Drian ölkəsinə dəvət edib.
Nazirlər ikitərəfli əlaqələr, Türkiyə-Avropa İttifaqı(Aİ) münasibətləri, regional və gündəmdəki məsələlər barəsində fikir mübadiləsi aparacaqlar.
www.anews.az























