Paşinyan xalqın qarşısına çəkiclə çıxdı və hədələr səsləndirdi - VİDEO
![Paşinyan xalqın qarşısına çəkiclə çıxdı və hədələr səsləndirdi - VİDEO Paşinyan xalqın qarşısına çəkiclə çıxdı və hədələr səsləndirdi - VİDEO](https://anews.az/photo/850x500/2021-06/1623607716_wnq34hnldcts2feybnydvcrxwvy8xizgfy6cdnze.png)
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniyası zamanı insanların qarşısında əlində çəkiclə çıxıb. O, yeni hökumətin xalqın azad iradəsi ilə qurulmalı olduğunu bildirib və əlindəki çəkicin bu "polad hökumətin" simvolu olduğunu deyib. Paşinyan həm də rəqiblərini hədələyib. O, xalqın azad seçim iradəsinə müdaxilə etməyə çalışanların bu çəkiclə "əziləcəyini" deyərək seçkiqabağı kampaniyada rüşvət yolu ilə seçicilərin səslərini əldə etməyə çalışanların həbs ediləcəyinə eyham vurub.
Ermənistanın digər bir keçmiş prezidenti Robert Köçəryan da Paşinyanın ünvanına ittihamlar səsləndirib: "Ermənistanda hazırkı hökumətə rəhbərlik edən şəxslər hakimiyyətə konkret şüarlarla gəldilər. Ancaq nəticə sıfır oldu, heç nə etmədilər. Bu hakimiyyətin nümayəndələri özlərini mütəxəssis kimi təsəvvür edərək bütün sahələri - ordu, kənd təsərrüfatı, iqtisadiyyatı məhv etdilər. İnsanları bu hökuməti rədd etməyə və mövcud böhranın öhdəsindən gələ biləcək bir komandaya, çempionlar komandasına səs verməyə çağırıram".
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)