• $
  • €
  • ₽
  • ₺
  • £

Taliban brifinq keçirdi, əsas azadlıqlar açıqlandı

Taliban brifinq keçirdi, əsas azadlıqlar açıqlandı
17.08.2021 20:05
Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban mətbuat konfransı təşkil edib.

"Qafqazinfo” xəbər verir ki, Kabildə keçmiş hökumətin media mərkəzindəki brifinq "Quran” qiraəti ilə başlayıb.
Taliban sözçüsü Zabihullah Mücahid "zəfər üçün xalqı təbrik etdiyini” açıqlayıb:

"İslam Əmirliyi heç kimə kin bəsləmir. Heç bir daxili və ya xarici düşmən istəmirik. Əfqanıstanın artıq bir müharibə meydanı olmamasını təmin etmək istəyirik.

Bizə qarşı mübarizə aparan hər kəsi bağışladıq. Düşmənliklər sona çatmalıdır. ABŞ və ya beynəlxalq ictimaiyyətdən heç kimə zərər verilməyəcək”.

O bildirib ki, Kabildə xaos istəmirlər:

"Planımız keçid dövrünün yumşaq bir şəkildə tamamlanması üçün Kabildən kənarda durmaq idi. Ancaq təəssüf ki, əvvəlki hökumət elə bacarıqsız idi ki, təhlükəsizlik qüvvələri təhlükəsizliyi təmin etmək üçün heç bir şey edə bilmədi.

Biz bir şey eləməli idik. Xalqın təhlükəsizliyini təmin etmək üçün Kabilə girməyimiz zəruri idi”.

Mücahid qadın haqlarından da söz açıb:
"İslam Əmirliyi qadınların hüquqlarına şəriət çərçivəsində bağlıdır. Bizim qadınlarımız müsəlmandır. Onlar da şəriət çərçivəsində yaşamaqdan xoşbəxtlik duyacaqlar.

Qadınlarımızın hüquqları var və bu hüquqlardan yararlana biləcəklər. Təhsil, səhiyyə və digər sahələrə qatılmağa haqları var”.
Taliban sözçüsü mediadan tələbləri də bəyan edib:
"Media öz mədəni çərçivələrinə bağlıdır. Azad olmağa davam edə bilər. İslam ölkəmizdə ən önəmli dəyərdir. Heç bir şey islami dəyərlərə zidd olmamalıdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol