• $
  • €
  • ₽
  • ₺
  • £

Çin lideri: "ABŞ-la qarşıdurma dünya üçün təhlükəlidir"

Çin lideri: "ABŞ-la qarşıdurma dünya üçün təhlükəlidir"
10.09.2021 20:00
"Pekinlə Vaşinqtonun qarşıdurması təkcə iki dövlət üçün deyil, bütün dünya üçün təhlükəli ola bilər”.
 
Bunu Çin Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığında bildirib.

Onun sözlərinə görə, ABŞ-la Çinin əməkdaşlığı iki dövlət və bütün dünya üçün faydalıdır: "ABŞ-ın Çinə münasibətdə müəyyən zaman daxilində həyata keçirdiyi siyasət iki dövlət arasındakı əlaqələrdə ciddi çətinliklər yaradıb. Bu iki ölkə xalqlarının və bütün dünya dövlətlərinin təməl maraqlarına uyğun gəlmir”.

Cozef Bayden isə söhbət əsnasında iqlim dəyişikliyi ilə mübarizə aparmağın və bunun üçün konstruktiv tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O, Pekinin hələ də ABŞ rəsmilərinə münasibətdə ciddiyyət göstərmədiyinə görə məyus olduğunu bildirib.

Sentyabrın 10-da ABŞ Prezidenti Cozef Baydenlə Çin Sədri Si Cinpin arasında telefon danışığı olub. Tərəflər koronavirusun yayılmasına qarşı mübarizə, iqtisadiyyat, iqlim dəyişiklikləri ilə mübarizə və beynəlxalq məsələləri müzakirə ediblər.

Telefon danışığı bir saat yarım açıq, biri-birinə hörmət şəraitində davam edib. Bildirilib ki, danışıq zamanı liderlər biri-birinə mühazirə oxumadan səmimi və dürüst olublar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol