• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisi meri olmaq istəyən deputatın mandatı ləğv edildi

Tbilisi meri olmaq istəyən deputatın mandatı ləğv edildi
05.10.2021 21:30
Gürcüstan parlamenti ölkənin ən nəhəng müxalif partiyasının millət vəkilinin deputat mandatını ləğv edib.

Bu barədə məlumatı "Sputnik Gürcüstan” yayıb.

Məlumata görə, ölkə parlamentində bu gün keçirilən səsvermə zamanı "Vahid Milli Hərəkat" partiyasından olan millət vəkili Nika Meliya deputat mandatından məhrum edilib. O, həmçinin Tbilisi meri vəzifəsinə namizəddir. 

Bildirilir ki, iclasda iştirak etmək üçün qeydiyyatdan keçmiş 83 millət vəkilindən 79-u Meliyanın deputat mandatlığının ləğv edilməsinə səs verib. Bununla da, "Vahid Milli Hərəkat” partiyasından parlamentdə 31 millət vəkili qalıb. 

Qeyd etmək lazımdır ki, N. Meliya artıq ikinci dəfədir ki, millət vəkili səlahiyyətlərindən məhrum edilir. Belə ki, birinci dəfə ölkə parlamenti prokurorluğun tələbi əsasında onun deputat mandatını əlindən almışdı. Bu zaman ona qarşı kütləvi zorakılıq aktlarının təşkili və onlarda iştirak etməklə bağlı ittihamlar irəli sürülmüş və onun həbs olunması üçün xüsusi əməliyyat keçirilmişdi. Melia yalnız Avropa Birliyi tərəfindən ödənilən girov müqabilində beynəlxalq ictimaiyyətin təzyiqi ilə sərbəst buraxılmışdı. 

N. Meliya hazırda Tbilisi meri olan Kaxa Kaladzenin yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə ən əsas rəqibidir. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, "Gürcü arzusu” partiyasından olan namizəd K. Kaladze oktyabrın 2-si keçirilən seçkilərin ilk turunda 45,04%, N. Meliya isə 33,96% səs toplayıb. Seçkilərin ikinci turu oktyabrın 30-u keçiriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol