• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Paşinyanı vətənə xəyanətdə ittiham etdi, ara qarışdı – VİDEO

Deputat Paşinyanı vətənə xəyanətdə ittiham etdi, ara qarışdı – VİDEO
18.11.2021 10:36
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı "Şərəfim var” blokunun üzvü Hayk Mamicanyan onu vətənə xəyanətdə ittiham edib.

Anews.az xəbər verir ki, dialoqlar nəticəsində parlamentdə hökumət rəsmiləri ilə sual-cavab iclasında qalmaqal yaşanıb.

Mamicanyan Paşinyana müraciətlə "Ədliyyə nazirinizin penitensiar müəssisələrin təmiri təşəbbüsü ilə çıxış etməsi yaxşı haldır, çünki siz gələcəkdə orada olacaqsınız”, deyib.

Paşinyanın cavabı isə müxalif partiyanın deputatları arasında etiraza səbəb olub:

"Sənə pis xəbərim var. Mən Ermənistanda dörd penitensiar müəssisədə olmağı bacarmışam və orada özümü heç də pis hiss etməmişəm”.

Bu zaman onun rəhbəri olduğu "Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar Paşinyanı müdafiə etməyə çalışıblar. Lakin bu, əvvəlcə deputatların mübahisəsiylə, ardınca isə bir-birilərini təhqir etməsiylə nəticələnib.

Bunun davamında müxalif deputatlar opponentlərini sona qədər dinləmədən iclası tərk ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol