• $
  • €
  • ₽
  • ₺
  • £

Şimali Koreyalı hakerlər ötən il 395 milyon dollarlıq kriptovalyuta oğurlayıblar

Şimali Koreyalı hakerlər ötən il 395 milyon dollarlıq kriptovalyuta oğurlayıblar
16.01.2022 17:00
Şimali Koreyalı hakerlər keçən il kriptovalyuta birjalarına və investisiya firmalarına keçirdikləri yeddi hücumda 395 milyon dollar (671,5 milyon manat) dəyərində kriptovalyuta oğurlayıblar.

Bu barədə "Chainalysis” blokçeyn araşdırma firmasının analitikləri bildiriblər.

"Chainalysis”, zərərli proqram nümunələri, haker infrastrukturu və Şimali Koreya hakerləri tərəfindən idarə olunduğu düşünülən blokçeyn ünvanlarının klasterlərində oğurlanmış pulların izlənilməsi əsasında 2021-ci ilin bütün yeddi kriptovalyuta hüxumlarını Şimali Koreya ilə əlaqələndirib.

Hesabata görə, oğurlanmış kriptovalyutaların ümumi həcmindən 58%-i (272 milyon dollar/ 462,4 milyon manat) "Ethereum”un, 1/5-i isə aparıcı kriptovalyuta olan "Bitcoin”in payına düşür. Tokenlərin payı 11% təşkil edib.
"Chainalysis” iddia edir ki, bütün oğurluqlar Şimali Koreya hökuməti üçün işləyən müstəqil hakerlər qrupu "Lazarus” tərəfindən həyata keçirilib. Bununla belə, hesabatda haker hücumlarının qurbanlarının adı açıqlanmır.

Analitiklərin hesablamalarına görə, son beş ildə Şimali Koreyalı hakerlər tərəfindən oğurlanan kriptovalyutaların ümumi həcmi 1,5 milyard dolları (2,5 milyard manat) keçib.
Mənbə: bitbetnews.com

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol