• $
  • €
  • ₽
  • ₺
  • £

NATO-dan ÇAĞIRIŞ : “Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalıdır"

NATO-dan ÇAĞIRIŞ : “Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalıdır"
04.03.2022 17:24
Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalı və dərhal diplomatiya yoluna qayıtmalıdır, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Alyans Ukraynaya dəstəyini artırıb.

 "Bu gün ciddi bir böhranla üz-üzəyik. Bizim əsas vəzifəmiz üzvlərimizin təhlükəsizlyini təmin etməkdir. Ukraynadakı durumun digər ölkələrə yayılmamasını istəyirik. Bu, daha təhlükəli olar”, - deyə o bildirilib.

NATO-nun Baş katibi Ukrayna dövləti və xalqının Rusiya işğalına qarşı müqavimətini yüksək qiymətləndirib.
 
"Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin gücünü ciddi qəbul etmədi. Əlbəttə, Ukraynaya dəstəklər də davam edir. Volodimir Zelenskinin cəsarəti sayəsində Ukrayna xalqı çox inamlı davranır. Göstərilən yardımlar çox mühümdür. Dəstəyimizi artıracağıq. 2014-cü ilə nisbətən Ukrayna ordusunda çox inkişaf var”, - deyə o qeyd edib.
 
24 fevraldan Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başladı.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol