• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə “1915 Çanaqqala” körpüsünün açılışı olub

Türkiyədə “1915 Çanaqqala” körpüsünün açılışı olub
18.03.2022 20:09
Türkiyədə tarixi Çanaqqala Zəfərinin 107-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində "1915 Çanaqqala” körpüsünün açılışı olub.

Açılış mərasimində Türkiyənin dövlət rəsmiləri ilə yanaşı, xarici qonaqlar, o cümlədən Cənubi Koreyanın Baş naziri Kim Bu Gyom da iştirak edib. Mərasimdə ölkəmiz Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tərəfindən təmsil olunub.

Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dörd il əvvəl təməli atılan və inşası nəzərdə tutulan tarixdən bir il əvvəl başa çatan körpünün tikintisində beş mindən artıq canlı qüvvənin iştirak etdiyini bildirib.

Daha sonra körpünün rəsmi açılışı olub.

Türkiyənin Çanaqqala vilayətinin Lapseki və Gelibolu rayonları arasında inşa edilən "1915 Çanaqqala” körpüsü Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.

Dünyanın iki dayaq nöqtəsinə görə ən uzun orta aşırımlı körpüsü olan "1915 Çanaqqala” 1 052 sensorla izlənəcək ki, bu da dünyadakı körpülər arasında bir ilkdir. Bundan əlavə, türk bayrağını təmsil edən qırmızı-ağ rəngli 334 metrlik dayaqları olan bu tikili dünyanın ən hündür asma körpüsüdür.

Mərmərə və Egey bölgələrindəki limanları, dəmir yolu və hava nəqliyyatı sistemlərini quru nəqliyyat layihələrinə inteqrasiya edən körpü, Türkiyənin dünya nəqliyyat və logistika sektorları baxımından strateji mövqeyinə mühüm infrastruktur dəstəyi verəcək.

"1915 Çanaqqala” körpüsünün turizm və nəqliyyat sektorları baxımından da böyük əhəmiyyət kəsb etməklə yanaşı, bölgə iqtisadiyyatına əhəmiyyətli töhfə verəcəyi gözlənilir

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol