• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya şirkəti Buça qətliamını araşdırmağa çağırır

Rusiya şirkəti Buça qətliamını araşdırmağa çağırır
08.04.2022 10:39
"Rusal” Ukraynada hərbi cinayətlərin araşdırlımasına çağırış edən ilk Rusiya şirkəti olub.

Təsisçisi Oleq Deripaskadan və bir çox digər iri Rusiya ixracatçılarından fərqli olaraq, "Rusal” sanksiyalar altında deyil. Müharibə və dünya ictimaiyyətinin ona reaksiyası şirkətin tədarük zəncirlərinə ziyan vurub.

"Ukraynanın Buça şəhərindən gələn xəbərlər bizi mütəəssir etdi. Hesab edirik ki, bu cinayət hərtərəfli araşdırılmalıdır. Davam edən informasiya müharibəsi kontekstində nə qədər ağır görünsə də, biz bu cinayətin obyektiv və qərəzsiz araşdırılmasının tərəfdarıyıq və günahkarların ciddi şəkildə cəzalandırılmasını tələb edirik”, - deyə "Rusal”ın direktorlar şurasının sədri Bernard Zonneveld bildirib.

Şirkət həmçinin "dəyərli insan həyatını xilas etmək və normal həyata qayıtmaq üçün münaqişənin tezliklə sülh yolu ilə həllinə” çağırır.

Eyni zamanda, aprelin 6-da yenidən yayılan bəyanatda Buça hadisələri ilə bağlı bu və ya digər tərəfə qarşı konkret ittihamlar yoxdur.

Kiyev Rusiya qoşunlarını dinc sakinləri öldürməkdə ittiham edir, Moskva isə bu ittihamları ardıcıl olaraq rədd edir. (oxu.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol