• $
  • €
  • ₽
  • ₺
  • £

Pentaqon: Rusiya Ukraynada döyüş gücünün 20%-ni itirib

Pentaqon: Rusiya Ukraynada döyüş gücünün 20%-ni itirib
09.04.2022 17:15
Müharibə başlayandan bəri Ukrayna hərbçiləri Rusiya qüvvələrinin 15-20%-ni məhv edib. Rusiya Federasiyası isə Donbasda hücumu gücləndirmək üçün qoşunlarını cəmləşdirir.
 
Bu barədə Pentaqonun adı açıqlanmayan rəsmisinə istinadən "ABC News” məlumat yayıb.

Rəsminin sözlərinə görə, hər biri 800-1000 nəfərdən ibarət batalyon taktiki qrupların (BTQ) bir hissəsi faktiki olaraq məhv edilib. Qoşunların qalan hissəsi Rusiya Federasiyasına və Belarusa geri çəkilib.
"BTQ-də bir ovuc hərbi qulluqçu və bəlkə az miqdarda texnikadan başqa heç nə qalmayıb”, - deyə rəsmi bildirib.
 
O əlavə edib ki, ümumi itkilər baxımından (hərbçi, tanklar, təyyarələr və raketlər) Rusiya Federasiyası ilkin döyüş gücünün 15- 20%-ni itirib. Çıxarılan qüvvələrin bir hissəsi indi Belqorod və Valuykiyə doğru hərəkət edir.
 
"Lakin orada yeni qoşunların onlara qoşulmaq üçün gözlədiyinə dair heç bir əlamət yoxdur. ...Rusiya BTQ-ləri yerdə qalan qoşunları birləşdirərək, konsolidasiya imkanlarını araşdırır”, - deyə nəşr yayıb.
 Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.
 
Bundan əlavə, gedən döyüşlərdə Rusiya ordusunun 700 tankı, 1 891 zirehli döyüş maşını, 333 artilleriya sistemi, 108 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 150 təyyarəsi, 135 helikopteri, 1 361 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 112 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol