• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı biznesmenlərin qəribə və silsilə ölümləri

Rusiyalı biznesmenlərin qəribə və silsilə ölümləri
10.05.2022 11:15
Rusiyalı oliqarx Aleksandr Subbotin müəmmalı şəraitdə ölüb. Bu barədə xarici KİV məlumat yayıb. 
 
Onun meyiti mayın 8-də Moskva yaxınlığında yerləşən Mıtışşi şəhərində bir evin zirzəmisində tapılıb.
 
Yerli məlumatlara görə, o, asma xəstəliyinin müalicəsi üçün şamanlara müraciət edib. Lakin o, şaman Magua Flores ( Aleksey Pindyurin) və Tina Cordoba (Kristina Teyxrib) tərəfindən qurbağa zəhəri ilə müalicə etdikdən sonra ölü tapılıb. Onun ölümü barədə məlumatı da müalicə edən şamanlar yayıb.

Subbotinin qanında hər hansı kiməvi maddələrin olub-olmadığının müəyyənləşdirilməsi üçün ekspertiza keçirilib. Ekspertizanın nəticələri barədə dəqiq informasiya verilməyib.
 
Şaman cütlük ruhları çağıraraq, heyvanları qurban kəsərək, kəsilən heyvanları xoruz qanı ilə yuyaraq müştəriləri müalicə edir. Hüquq-mühafizə orqanları şamanları şübhəli şəxslər hesab edir. İddia olunur ki, ödəniş məsələsi ilə bağlı aralarında mübahisə edilib. Şamanlar dövlət müstəntiqlərinə Subbotinin dost olduğunu deyiblər və ödəniş üçün onu şaman ayinlərinə məruz qoyduqlarını inkar ediblər. Evin sahibi olan şaman Aleksey Pindyurin deyib ki, milyarder onun yanına içkinin və narkotik maddənin təsiri altında gəlib və şamandan meyxoşluqdan çıxmaq üçün ayinin icrasını xahiş edib.

Subbotin "Lukoyl Ticarət Evi” MMC-nin idarə heyətinin üzvü olub, sonra Finlandiya körfəzi sahillərində yerləşən Yeni Nəqliyyat Şirkətinin (NTK) sahibi idi.

Rusiyanın  enerji şirkətinin keçmiş top meneceri Subbotin Rusiyanın Ukraynaya müdaxiləsi fonunda şübhəli şəkildə ölən bir neçə rus oliqarxının sonuncusudur.

Fevralın 24-də Moskvanın Ukraynaya qarşı müharibəsi başlanandan bir sıra Rusiya biznesmenlərinin, əsasən də neft-qaz sahəsi ilə bağlı olanların dalbadal və müəmmalı ölümləri baş verib.
 
Rusiyanın qaz nəhəngi Novatekin rəhbəri Sergey Protosenya, onun arvadı və qızının meyitləri ailənin Barselona yaxınlığındakı Loret de Mar şəhərində kirayələdikləri villada aşkar olunub. 
 
İspaniyanın  dənizə yaxın şəhərindən təxminən 3000 kilometr (1865 mil) aralıda  Moskva polisi növbəti şübhəli ölümün üstünü açıb. Başqa bir milyonçu Vladislav Avayev və onun həyat yoldaşı və 13 yaşlı qızı evlərində ölü tapıldı. Polis bildirmişdi ki, mənzilin qapısı içəridən kilidli olub və Avdeyev əlində tapança ilə tapılıb. Müstəntiqlərin ilkin versiyası bu idi ki, biznesmen əvvəlcə arvadını və qızını, sonra isə özünü öldürüb. İki hadisələr arasında yalnız 24 saat fərq olub. 
 
Martın 24-də Nijni Novqorod şəhərində  MedStom tibbi təchizat şirkətinin sahibi, milyarder Vasili Melnikovun, arvadının və iki oğlunun meyitləri tapılıb. Onların bıçaqlandığı bildirilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
 
Andrey Krukovskinin ölümü də diqqətləri üzərinə çəkməyi bacardı. 37 yaşlı oliqarx Soçi yaxınlığında yerləşən "Krasnaya Polyana” xizək kurortunun direktoru olub. Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə qonaqlarını ora xizək sürməyə dəvət etdiyi bildirilir. Rusiyanın "Kommersant” qəzetinin yazdığına görə, Krukovski mayın 2-də dağa çıxıb, daha sonra uçurumdan yıxılaraq həyatını itirib.

Fevralın 28-də rusiyalı oliqarx Mixail Uotford Britaniyadakı Sarrey şəhərində, öz evinin qarajında asılmış vəziyyətdə tapılıb.
 
Fevralın 25-də Rusiyanın Ukraynaya müdaxiləyə başlamasından bir gün sonra Gazprom şirkətinin rəhbərlərindən Aleksandr Tyulyakov Peterburq şəhərindəki evinin yaxınlığında asılmış vəziyyətdə aşkar olunub. Polis meyitin yanında intihar məktubunun olduğunu bildirmişdi.

Gazprom şirkətinin daha bir meneceri – Leonid Şulmanın meyiti Peterburq şəhərindəki koteclərdən birində tapılmışdı. Polis onun da intihar məktubu yazdığını bildirirdi.
 
Çoxsaylı media orqanları intiharların saxta ola biləcəyini ehtimal edir. Onların bəziləri Rəsmi Kremlin, xüsusilə də Putinin özünün bu ölümlərdə əli olduğunu iddia edir.
 
Son illərdə Kreml tənqidçilərinə qarşı çoxsaylı dramatik sui-qəsdlər olub. 2020-ci ilin avqustunda müxalifət lideri Aleksey Navalnı Tomsk hava limanında zəhərlənib. İki il əvvəl Rusiyanın QRU kəşfiyyat idarəsinin keçmiş rəhbəri Sergey Skripal da analoji şəkildə zəhərlənmişdi. Navalnı da, Skripal da xoşbəxtlikdən sağ qalmışdı. 2006-cı ildə Böyük Britaniyaya qaçmış, keçmiş rusiyalı təhlükəsizlik zabiti Aleksandr Litvinenko Londonda radioaktiv poloniumla zəhərlənib.

2017-ci ildə ABŞ-ın "USA Today” qəzeti üç il ərzində ən azı 38 oliqarxın öldüyünü və ya itkin düşdüyünü bildirən araşdırmanın nəticələrini dərc etmişdi. 2022-ci il hadisələri ilə bağlı diqqəti çəkən odur ki, ölən oliqarxlardan heç birinin Ukraynaya müdaxilə ilə bağlı tənqidi açıqlamaları olmayıb. Eyni zamanda, onların heç biri işğaldan sonra tərtib edilmiş beynəlxalq sanksiya siyahılarında yer almayıb.
 
Ləman Qasımova

www.anews.az
Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol