• $
  • €
  • ₽
  • ₺
  • £

İran Pelosinin Ermənistana səfərinə münasibət bildirib

İran Pelosinin Ermənistana səfərinə münasibət bildirib
19.09.2022 12:38
İran ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Cənubi Qafqaz regionunda gərginliyin və qeyri-sabitliyin artmasının heç bir region dövlətinin maraqlarına xidmət etmədiyini bildirib.

"Biz gərginliyi qızışdırmağı region ölkələrinin maraqlarına uyğun olduğunu düşünmürük, çünki regionda sülh və sabitlik iqtisadi inkişaf, ticarət əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi üçün zəruridir. Bu İslam Respublikasının prinsipial siyasətidir. Bu yanaşmadan kənar hər hansı yanaşmanı təxribat hesab edirik və regionda qeyri-sabitliyi qızışdırmağı qəbul etmirik”, - o deyib.
 
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bazar günü İrəvana səfəri gedişində Azərbaycanın Ermənistana qarşı "qanunsuz hücumu"nu və 200-dən çox insanın həlak olması ilə nəticələnən toqquşmaları kəskin şəkildə pisləyib. Bu barədə Reuters agentliyi məlumat verir. 


Pelosi bildirib ki, onun Ermənistana səfəri Azərbaycanın Ermənistana "qanunsuz və itki ilə nəticələnən hücumları” fonunda xüsusi əhəmiyyət kəsb edir.

"Biz bu hücumları qətiyyətlə pisləyirik", bildirib.  Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədindəki son döyüşlər Azərbaycanın Ermənistana hücumu nəticəsində baş verib.
 
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, sentyabron 12-14-də Ermənistan  Silahlı Qüvvələri Azərbaycan-Ermənistan sərhədində hücum əməliyyatı həyata keçirib. Nəticədə Ermənistan tərəf 135, Azərbaycan isə 80 hərbiçisini itirib. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol