• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyaya qarşı daha bir sanksiya qəbul olunub - Ekspert şərhi

Rusiyaya qarşı daha bir sanksiya qəbul olunub - Ekspert şərhi
06.10.2022 16:16
Avropa İttifaqı Rusiyaya qarşı səkkizinci sanksiya paketini təsdiq edib. Bu barədə məlumatı Avropa Komissiyası yayıb.  

Bura Rusiya neftinə ən yüksək qiymət həddinin müəyyən edilməsi də daxil edilib. 

İqtisadçı Fuad İbrahimov Anews.az-a açıqlamasında bildirib ki, tədbiq olunacaq sanksiyanın  Azərbaycan iqtisadiyyatına təsiri olacaq.

"Dünya ixracatçıları sırasında Rusiya ilk yeddiliyə daxildir. Bu cəhətdən qiymət sıçrayışlarına, idxal olunan məhsullara təsir edir, qiymət artımına dəstək vermiş olur"- ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan dünya birjalarındakı qiymət əmələgəlmə prosesinə uyğun olaraq müqavilələrin şərtlərinə əsasən fəaliyətini davam etdirir.

İqtisadçı ekspert Elçin Məmmədov sanksiyanın qeyri-neft sektoruna mənfi təsir edəcəyini vurğulayıb

"Qoyulan sanksiyalar  neftin qiymətinə müsbət təsir etsə də qeyri-neft sahəsinə mənfi təsir edə bilər.Bu sanksiyalar Rusiyaya qarşı yönəlmiş sanksiyalardır və bu sanksiyaların əsas məqsədi nəinki neft həm də qeyri-neft sektoruna ağac, metal ixracının  idxalına qadağa qoyur. Rusiyaya qoyulan bu məhdudiyyət bazarı boşalda bilərdi və biz o bazara girə bilərdik. Biz həmin sahələrdə Rusiya ilə rəqabət aparmadığımız üçün bizim iqtisadiyatmıza təsir etmiyəcək. Neft sahəsinə qoyulan sanksiyalar Bizə müsbət təsir edir.” – Məmmədov bildirib.
 
Aİ-nin 8-ci sanksiya paketi Rusiyanın poladəritmə sənayesini hədəfləməlidir. Bu sanksiya paketinin qəbulundan sonra Avropa İttifaqı vətəndaşları Rusiya dövlət şirkətlərində rəhbər vəzifə tuta bilməyəcəklər.

Bundan əvvəl G7 ölkələrinin maliyyə nazirləri Rusiya neftinin alış qiymətlərinə hədd qoyulması barədə təkliflə çıxış etmişdilər. Hər bir barrel üçün konkret qiymətin daha sonra müəyyənləşdiriləcəyi bildirilib. Qərarın özü isə dekabrın 5-dən qüvvəyə minəcək.

Ləman Hafizi

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol