• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan iqtisadiyyatı bu il 7% arta bilər

Ermənistan iqtisadiyyatı  bu il 7% arta bilər
14.10.2022 13:16
Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ildə Ermənistan iqtisadiyyatının  7% səviyyəsində artımını, 2023-cü ildə isə 3,5% azalmasını proqnozlaşdırır. Bu barədə BVF rəsmi saytında məlumat yerləşdirilib. 
 
"Beynəlxalq Valyuta Fondu Ermənistan iqtisadiyyatının 2022-ci ildə 7% artacağını, 2023-cü ildə isə 3,5%-ə enəcəyini gözləyir.  Bu proqnoz BVF-nin oktyabr yeniləməsində yer alıb",  - BVF saytı yazır. 

BVF 2022-ci ilin iyununda Ermənistanın Ümumi Daxili Məhsulu (ÜDM) istehsalının 2022-ci ilin sonuna  təxminən 5% səviyyəsində artacağını proqnozlaşdırmışdı.

Oktyabr hesabatında o da qeyd olunur ki, Ermənistanda 2022-ci ildə inflyasiya 8,5%, 2023-cü ildə isə 7% təşkil edəcək.

Ümumilikdə, tədqiqatın müəllifləri qlobal artımın 2021-ci ildəki 6%-dən 2022-ci ildə 3,2%-ə, 2023-cü ildə isə 2,7%-ə qədər azalacağını proqnozlaşdırır.  Bu, qlobal maliyyə böhranı və COVID-19 pandemiyasının kəskin fazası xaricində 2001-ci ildən bəri ən zəif artım profilidir və əsas iqtisadiyyatlar üçün əhəmiyyətli yavaşlamanı əks etdirir. 

Həmçinin qlobal inflyasiyanın 2021-ci ildəki 4,7%-dən 2022-ci ildə 8,8%-ə yüksələcəyi, lakin 2023-cü ildə 6,5%-ə, 2024-cü ildə isə 4,1%-ə düşəcəyi proqnozlaşdırılır.

Ermənistan üçün rəqəmlər və proqnozlar

Ermənistanın 2022-ci il dövlət büdcəsində iqtisadi artım 7%, inflyasiya isə 4% (±1,5%) səviyyəsində nəzərdə tutulub.  Ermənistanın ÜDM-i ilkin məlumatlara görə, 2022-ci ilin ikinci rübündə  2020-ci ilin eyni dövrü ilə müqayisədə 13% artıb.

Ermənistan Mərkəzi Bankının sentyabr proqnozuna görə, ilin sonuna qədər ölkə iqtisadiyyatı 12,9% artacaq, inflyasiya isə təxminən 10% təşkil edəcək.
İİB may ayının sonunda dərc etdiyi makroiqtisadi proqnozunda Ermənistanın ÜDM-nin 2022-ci ildə 1% artacağı gözlənilir. 

Dünya Bankı "Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” adlı oktyabr hesabatına görə,  Ermənistan iqtisadiyyatının 2022-ci il üçün artım proqnozu 3,5%-dən 7%-ə kimi yaxşılaşdırıb, lakin 2023-cü il üçün gözləntilər 4,6%-dən 4,3%-ə qədər pisləşdirib.

Sentyabrda AYİB Ermənistan iqtisadiyyatının 2022-ci ildə 8% artacağını, 2023-cü ildə isə 4%-ə qədər yavaşlayacağını proqnozlaşdırmışdı.
AYİB  Asiya İnkişafına Baxış hesabatında Ermənistan iqtisadiyyatı üçün 7% artım, ardınca isə 2023-cü ildə 4,5%-ə qədər yavaşlama proqnozlaşdırıb.

Sentyabrın əvvəlində beynəlxalq reytinq agentliyi Fitch Ratings 2022-ci ildə Ermənistanın ÜDM artımının 6,4% (mart proqnozunda 1,3%-ə qarşı) olacağını proqnozlaşdırmışdı. 
 
Ləman Hafizi 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol