• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya və Ukraynadan Azərbaycana gələnlərin SAYI

Rusiya və Ukraynadan Azərbaycana gələnlərin SAYI
20.10.2022 10:51
Rusiya-Ukrayna müharibəsi başlanandan 7 milyondan çox Ukrayna vətəndaşı ölkəni tərk edib . Bu barədə  BMT məlumat yayıb.
 
Təkcə səfərbərlik elanından bəri bu ölkədən gedənlərin sayı təxminən 1 milyon nəfərə çatır. 

Dövlət Turizm Agentliyinin turizm statistikası ilə bağlı açıqladığı göstəricilərdən aydın olur ki, bu ilin ikinci yarısından bəri Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı çoxalıb. Müharibə başlarkən - fevralda 23 min 600 Rusiya vətəndaşı Azərbaycana gəlmişdi. Maydan bu rəqəm 28 min 300 nəfər idi.

İyunda həmin göstərici 44 min 300 nəfərə yüksəlmişdi. Əgər bu ilin iyununadək Azərbaycana ən çox Türkiyə vətəndaşları səfər edirdisə, həmin aydan bəri sıralamada ilk yerə Rusiya çıxıb. 2022-ci il ərzində Rusiya vətəndaşlarının ən çox gəldiyi ay isə iyul olub. Bu ilin iyulunda 60 min Rusiya vətəndaşı Azərbaycana gəlib.

Rusiya vətəndaşlarının öz ölkələrindən çıxışı sentyabrın 21-dəki səfərbərlik elanından sonra da sürətlənib. Müharibəyə qatılmaq istəməyən bir çox Rusiya vətəndaşı, özəlliklə kişilər bu qərardan sonra ölkədən çıxmağa çalışıb. Həmin dövrdə Rusiyadan viza tələb etməyən ölkələrə, o sıradan Azərbaycana olan təyyarə biletləri kəskin bahalaşıb. Rəsmi rəqəmlərdən aydın olur ki, 2022-ci ilin sentyabrında Azərbaycana 46 min 200 Rusiya vətəndaşı gəlib. Bu, avqust  ilə müqayisədə 3 min nəfər çoxdur.

Ötən ilin sentyabrı ilə müqayisədə bu ilin sentyabrında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 70 faiz və ya 27 min nəfər çoxalıb. Amma müqayisəni pandemiyadan öncəki – 2019-cu illə apardıqda fərqli mənzərə yaranır. Belə ki, 2019-ci ilin sentyabrında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 71 min nəfər, yəni indiki ilə müqayisədə 50 faiz daha çox idi. Ancaq nəzərə almaq lazımdır ki, o vaxt quru sərhədi də açıq idi və Rusiya vətəndaşlarının ölkəyə daxil olmaq üçün təyyarə bileti almaqdan başqa da alternativləri vardı. 2019-cu ilin sentyabrında ölkəyə təxminən 18 min Rusiya vətəndaşı təyyarə ilə gəlmişdi. Bu üzdən, öncəki iki ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına pandemiyanın təsiri bu il qeydə alınan göstəricilərlə bağlı tam aydın mənzərənin ortaya çıxarılmasını əngəlləyir.

Azərbaycana gələn xarici ölkə vətəndaşlarına dair statistikada Ukrayna ilə bağlı göstəricilərdən aydın olur ki, müharibə başlanandan dərhal sonra - martda Ukraynadan Azərbaycana gələnlərin sayı kəskin artıb. Əgər bu ilin yanvar və fevralında Azərbaycana 1 min 500-1 min 600 Ukrayna vətəndaşı səfər etmişdisə, martda bu göstərici üç dəfədən çox artaraq 5 min 300 nəfərə yüksəlib. Sonrakı aylarda isə Ukraynadan Azərbaycana gələnlərin sayı hər ay ortalama 2 min nəfər civarında olub.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yayımladığı rəqəmlərə görə (oktyabrın 11-ə olan məlumat), 3 min 925 Ukrayna vətəndaşı Azərbaycanda qaçqın kimi qeydiyyata alınıb. Ukraynalı qaçqınların sayı baxımından lider ölkə Polşadır. Burada Ukraynadan gələn qaçqınların sayı 1 milyon 436 min nəfərdir. Almaniyada qaçqın statusu verilən Ukrayna vətəndaşlarının sayı 1 milyon 2 min nəfəri ötüb. Çexiyada qeydə alınan ukraynalı qaçqınların sayı 442 min nəfəri keçib. İtaliya (171 min), İspaniya (147 min), Türkiyə (145 min), Birləşmiş Krallıq (137 min) və Fransa da (105 min) ukraynalı qaçqın sayının 100 min nəfərdən çox olduğu ölkələr arasındadır.
 
Aytac

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol