• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ ukraynalı uşaqlar üçün psixoloji dəstək fondu yaradıb

ABŞ ukraynalı uşaqlar üçün psixoloji dəstək fondu yaradıb
02.02.2023 17:37
Ukraynada travmaya məruz qalmış uşaqların travmaların öhdəsindən gəlməsi üçün qeyri-kommersiya təşkilatı fondu yaradılıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
 
Bildirilib ki, Nataliya Vyetrova Volya adlı şəxs bu fondu təsis edib.
 
Bu qeyri-kommersiya təşkilatı ukraynalı uşaqlara bu travmaların öhdəsindən gəlməyə yardım göstərəcək.

Təşkilatının təsisçisi Nataliya Vyetrovanın ukraynalı uşaqlara kömək etmək üçün sadəcə bir komputer və kiçik masaya ehtiyacı olduğunu vurğulayıb.

Təsisçi müharibədən əvvəl  moda mütəxəssisi olub, indi isə vaxtını ukraynalı uşaqlara müharibə ilə əlaqədar travmanın öhdəsindən gəlməyə kömək etməyə sərf etdiyini açıqlayıb.

"Mən nümayişlərdən birində səhv yerdə olduğumu anladım. Mən öz xalqımın, ukraynalıların yanında olmaq istəyim onlara buradan kömək etmək istəyimdən böyük idi. Ona görə də bir səhər oyanıb, həyat yoldaşıma dedim ki, mən gedirəm. Bilet aldım, iki gün sonra isə çantamı yığıb, getdim," o bildirib.

Onun qurduğu proqram uşaqlara təbii fəlakətlərdən tutmuş, vəhşi cinayətlər və müharibəyə kimi hər cür travmaların öhdəsinən gəlməyə yardım etməkdə ixtisaslaşan klinik psixoloqlar tərəfindən tərtib edilib.

Proqram böyüklərə uşaqlarla travmaları haqda danışmaq və onları geridə qoymağa imkan yaratmaq üçün oyunlardan istifadə edilir.

Fond rəhbərinin  Ukraynaya növbəti səfəri planlaşdırılır. O, oraya uşaqlar üçün isti geyim və psixoloji yardım göstərmək üçün getdiyini açıqlayıb.
 
Aytac

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol