• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa İstanbuldakı konsulluğunu bağlayır - Türkiyədə terror təhlükəsi xəbərdarlığı

Fransa İstanbuldakı konsulluğunu bağlayır - Türkiyədə terror təhlükəsi xəbərdarlığı
02.02.2023 18:05
Fransanın İstanbuldakı Baş Konsulluğu fəaliyyətini müvəqqəti dayandırıb, bu  barədə RİA Novosti xəbər verib. 
 
 Fevralın 2-də Türkiyənin xarici işlər naziri Süleyman Soylu ABŞ-ın terror aktları təhlükəsi ilə bağlı bəyanatları fonunda bir sıra Avropa ölkələrinin İstanbuldakı konsulluqlarının bağlanmasını ölkəyə qarşı "psixoloji müharibə” adlandırıb.
 
"Fransanın İstanbuldakı Baş Konsulluğu 2 Fevral Cümə axşamı və 3 Fevral Cümə günləri ictimaiyyət üçün bağlıdır. İnzibati məsələlərlə bağlı bizimlə elektron poçtla əlaqə saxlamaq olar”, - deyə konsulluqdan bildirilib.
 
İsveç, Hollandiya, Böyük Britaniya və Almaniyanın baş konsulluqları İstanbulun mərkəzində terror aktları təhlükəsi səbəbindən daha əvvəl ziyarətçi qəbulunu dayandırıb.
 
Rusiya Federasiyasının konsulluğu adi qaydada işini davam etdirdiyini bildirib.
 
Bu konsulluqlar 2022-ci ilin noyabrında terror aktının baş verdiyi mərkəzi Beyoğlu rayonunda İstiqlal piyada küçəsində və ya yaxınlığında yerləşir.
 
ABŞ səfirliyi fevralın 1-də vətəndaşlarını İstanbulun mərkəzində terror aktları təhlükəsi ilə bağlı  İstanbulda kilsələr, sinaqoqlar, diplomatik nümayəndəliklər və ya əcnəbilər arasında məşhur olan digər yerlərdə, xüsusən də İstanbulun Beyoğlu, Qalata, Taksim, İstiqlal rayonlarına getməmələri ilə bağlı xəbərdarlıq edib. 
 
 Bundan sonra Fransanın diplomatik missiyası Amerika səfirliyinin məlumatlarına istinadən oxşar xəbərdarlıq edib.
 
"Anadolu” da öz növbəsində xəbər verir ki, Norveç səfiri fevralın 3-də Quranın yandırılması ilə bağlı anti-İslam aksiyası keçirilməsi barədə məlumatlarla əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
 
"Norveç hakimiyyətinin dayandırmadığı təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik. Biz bu cür yanaşmaların yolverilməzliyini vurğulayır və Oslodan bu hərəkətin qarşısını almasını gözləyirik”, - Türkiyə XİN-dən bildiriblər.
 
Aytac 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol