• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə zəlzələ baş verən ərazilərdə tikilən binaların sayı açıqlanıb

Türkiyədə zəlzələ baş verən ərazilərdə tikilən binaların sayı açıqlanıb
27.02.2023 17:36
Türkiyənin zəlzələ bölgəsində yeni tikilən binların hündürlüyünə nəzarət ediləcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamandakı brifinqi zamanı deyib.
 
 Bildirilir ki, tikinti prosesi zamanı hündürmərtəbəli binaların inşasına və sıxlığa yol verilməyəcək.
 

"Artıq inşasına başlanılan mənzil sayı isə 14 500- bərabərdir. 9130 kənd evi tikib, zərərçəkənlərə təhvil verəcəyik. Qaziantepin tarixi simasını və demoqrafik quruluşunu qoruyaraq şəhəri daha güclü şəkildə ayağa qaldıracağıq. Hazırda Qaziantepdən 87 min vətəndaş başqa vilayətlərə təxliyə edilib. 100 minə yaxın şəxsə çadırlarda, 4500-ə yaxın insana isə konteynerlərdə sığınacaq verilib.”, - Ərdoğan vurğulayıb.

Türkiyə dövlət başçısı zəlzələ bölgəsində 185 345 binanın ya tamamilə uçduğunu, ya da ciddi zərər gördüyünü qeyd edib.

Təxminən 45 minə yaxın insanın ölümünə səbəb olan güclü zəlzələdən iki həftə sonra Türkiyə və Suriyanın sərhəd bölgəsində baş verən daha bir zəlzələ zamanı azı 8 nəfər ölüb.

Bazar ertəsi baş verən 6,4 bal gücündə zəlzələnin mərkəzi fevralın 6-da Türkiyədə dağıdıcı zəlzələdən ciddi zərər çəkən Hatay vilayətinin Defne qəsəbəsi olub.

Yeni zəlzələ Suriya, İordaniya, Livan və Misir də daxil olmaqla, bir çox ölkədə hiss olunub. Bu zəlzələnin ardınca 5,8 bal gücündə daha bir zəlzələ baş verib.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, Hələbdə 6 nəfər yaralanıb.

BMT-nin sözçüsü Stefan Dejarrik bildirib ki, hazırda BMT-nin Suriyaya daxil olması üçün tam fəaliyyət göstərən üç sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir.
 
Onun sözlərinə görə, BMT hazırda Suriyanın şimal-qərbində üsyançıların nəzarətində olan ərazilərə 227 yük maşını göndərib və bildirib ki, hər üç sərhəd-keçid məntəqəsinə daha çox yük maşını göndərmək üçün hazırlıqlar gedir.

Bazar ertəsi Ərdoğan Ankarada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə də görüşüb. Blinken bir gün əvvəl ABŞ-ın Türkiyə və Suriyaya 100 milyon dollarlıq əlavə yardım vəd etdiyini açıqlayıb.


Yeni yardım ABŞ-ın ümumi yardımını 185 milyon dollara çatdırır ki, bu yardım xilasetmə və bərpa işlərində iştirak etmiş beynəlxalq və qeyri-hökumət qruplarına veriləcək.
 
Aytac Zeynalova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol